“Ali təhsil müəssisələrində yeni maliyyələşmə
mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 79
Bakı şəhəri,
7 mart 2018-ci il
“Ali təhsil müəssisələrində
yeni maliyyələşmə
mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 10
fevral tarixli 220 nömrəli Fərmanına
əsasən, Azərbaycan
Respublikası Maliyyə
Nazirliyinin və Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyinin təkliflərini nəzərə
alaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2010, ¹ 6, maddə
564; 2012, ¹ 1, maddə 30, ¹ 11, maddə 1208; 2013, ¹ 9, maddə
1133; 2014, ¹ 2, maddə 201; 2015, ¹ 4, maddə 466, ¹ 8, maddə
964; 2016, ¹ 5, maddə 955, ¹ 12, maddə 2239; 2017, ¹ 4, maddə
642) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Ayrı-ayrı
ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil
müəssisələrinin bakalavriat və tibb təhsili üzrə əsas təhsil səviyyələrində
hər bir təhsilalana düşən
təhsil xərclərinin
miqdarı” və 2 nömrəli əlavə
- “Ayrı-ayrı ixtisaslar
üzrə dövlət
sifarişi ilə ali təhsil müəssisələrinin magistratura
və rezidentura səviyyələrində hər
bir təhsilalana düşən təhsil xərclərinin miqdarı”
yeni redaksiyada təsdiq edilsin (1 və 2 nömrəli əlavələr).
2. “Ali təhsil müəssisələrində
yeni maliyyələşmə
mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2012-ci il 16 noyabr tarixli 269 nömrəli qərarının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2012, ¹ 11, maddə
1208) 1-ci hissəsi ləğv
edilsin.
Artur RASI-ZADƏ
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.- 11
mart.- S.5.