“Ezamiyyə xərclərinin normaları
haqqında” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 81
Bakı şəhəri,
7 mart 2018-ci il
“Məhkəmə-Hüquq Şurası
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2017-ci il
20 oktyabr tarixli 812-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 6 dekabr tarixli 3454 nömrəli Sərəncamının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2008, ¹ 1, maddə 44, ¹ 6, maddə
589, ¹ 12, maddə 1118; 2011, ¹ 1, maddə 66, ¹ 9 maddə
854; 2013, ¹ 2, maddə 197, ¹ 10, maddə 1222; 2015, ¹ 8, maddə
962) ilə təsdiq edilmiş 2 nömrəli əlavə – “Rəhbər
işçilərin xarici
ölkələrə ezamiyyətləri
ilə əlaqədar
ezamiyyə xərclərinin
1 günlük normasına
əlavələr və
həmin əlavələrin
tətbiq olunduğu rəhbər işçilərin
kateqoriyası”nın cədvəlində
aşağıdakı dəyişikliklər
edilsin:
1. 1-ci hissəyə “Məhkəməsinin”
sözündən sonra
“, Azərbaycan Respublikası
Ali Məhkəməsinin” sözləri
əlavə edilsin.
2. 2-ci hissədən “Azərbaycan
Respublikası Ali Məhkəməsinin,”
sözləri çıxarılsın
və həmin hissəyə “Konstitusiya Məhkəməsi” sözlərindən
sonra “, Azərbaycan Respublikasının Ali Məhkəməsi”
sözləri, “Konstitusiya
Məhkəməsinin,” sözlərindən
sonra isə “Azərbaycan Respublikası
Ali Məhkəməsinin,” sözləri
əlavə edilsin.
3.
3-cü hissədən “Azərbaycan
Respublikası Ali Məhkəməsinin
sədrinin müavinləri,”
sözləri çıxarılsın
və həmin hissəyə “Konstitusiya Məhkəməsinin” sözlərindən
sonra “, Azərbaycan Respublikası Ali Məhkəməsinin”
sözləri əlavə
edilsin.
Artur RASI-ZADƏ
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.-
11 mart.- S.5.