“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin
və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il
23 dekabr tarixli 240 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 80
Bakı şəhəri,
7 mart 2018-ci il
“Azərkosmos” Açıq
Səhmdar Cəmiyyətinin
təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 3 may tarixli
885 nömrəli Sərəncamında
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 17 oktyabr tarixli 3303 nömrəli Sərəncamının 2.2-ci və
2.4-cü bəndlərinə əsasən Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 23 dekabr tarixli 240 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2010, ¹ 12, maddə 1121; 2012, ¹ 9, maddə 918; 2014, ¹ 6, maddə
747, ¹ 9, maddə 1125; 2016, ¹ 3, maddə 581; 2017, ¹ 10, maddə
1882) ilə təsdiq edilmiş “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə
aşağıdakı dəyişikliklər
edilsin:
1.
1.4-cü bənd ləğv
edilsin.
2.
1.6-cı bənddə “A.Abbaszadə
küçəsi, 2” sözləri
“AZ1000, Səbail rayonu,
Üzeyir Hacıbəyli
küçəsi, 72, M5” sözləri
ilə əvəz edilsin.
3.
2.3-cü və 3.1-ci bəndlər
aşağıdakı redaksiyada
verilsin:
“2.3. Cəmiyyət, üzərində
Azərbaycan Respublikasının
Dövlət gerbi təsvir olunmuş və Cəmiyyətin adı göstərilmiş
möhürə, blanklara,
habelə müvafiq ştamplara, emblemə, loqotipə və digər fərqləndirici
nişanlara malikdir.
3.1. Cəmiyyətin əsas məqsədləri Azərbaycan
Respublikasının telekommunikasiya,
Yer müşahidə
və digər təyinatlı peyklərinin
orbitə çıxarılması,
idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsindən, habelə
beynəlxalq kosmik layihələr çərçivəsində
yerinə yetirilən işlərin əlaqələndirilməsi
və onlarda iştirak edilməsi, aidiyyəti beynəlxalq təşkilatlarla, həmçinin
xarici dövlətlərin
kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə
istifadə sahəsində
əməkdaşlıq edilməsindən
ibarətdir.”.
4. 3.2-ci bənddən “, sərəncamında
(istifadəsində) olan
peyk, peyk sistemləri və yerüstü qurğuların
istismarı ilə bağlı” sözləri
çıxarılsın.
5. 3.2.1-ci
yarımbəndə “şəxslərin”
sözündən sonra
“, bələdiyyələrin müxtəliftəyinatlı” sözləri
və “təmin edilməsi” sözlərindən
sonra “, kosmik texnikanın tətbiq olunması və kosmik vasitələrdən
istifadə edilməsi”
sözləri əlavə
edilsin.
6. 3.2.2-ci
yarımbənddə birinci
halda “peyk” sözü “peyklər” sözü ilə əvəz edilsin və həmin yarımbəndə “qəbuletmə,”
sözündən sonra
“Yer müşahidə,”
sözləri, “xidmətlərin”
sözündən sonra
“və digər növ peyk xidmətlərinin”
sözləri əlavə
edilsin.
7.
3.2.3-cü yarımbənddə “telekommunikasiya peyklərinin”
sözləri “telekommunikasiya,
Yer müşahidə
və digər təyinatlı peyklərin”
sözləri ilə,
“peykin istehsalçısının”
sözləri “zəruri
işlərin yerinə
yetirilməsi, o cümlədən
peyk istehsalçısının”
sözləri ilə əvəz edilsin və həmin yarımbəndə “təşkil
edilməsi” sözlərindən
sonra “, peyk sistemlərinin istismara qəbul edilməsi” sözləri əlavə
edilsin.
8. Aşağıdakı məzmunda
3.2.3-1-ci yarımbənd əlavə
edilsin:
“3.2.3-1. sosial-iqtisadi inkişaf, kommersiya, elmi fəaliyyət və dövlət məqsədləri
üçün müxtəlif
hündürlükdə istismar
olunan peyklərin, sair aparatların idarə edilməsi;”.
9.
3.2.4-cü yarımbəndə “Azərbaycan” sözündən
əvvəl “Azərbaycan
Respublikasının kosmik
obyektlərinin uçota
alınması,” sözləri
əlavə edilsin və həmin yarımbənddən “səlahiyyətləri
daxilində” sözləri
çıxarılsın.
10. Aşağıdakı məzmunda
3.2.4-1-ci və 3.2.4-2-ci yarımbəndlər
əlavə edilsin:
“3.2.4-1. “İntersputnik” Beynəlxalq
Kosmik Rabitə Təşkilatında, Beynəlxalq
Peyk Rabitəsi Təşkilatında, Avropa
Peyk Rabitəsi Təşkilatında, Avropa
Kosmik Agentliyində,
BMT-nin Kosmosdan dinc məqsədlərlə
istifadə Komitəsində
və digər aidiyyəti beynəlxalq təşkilatlarda Azərbaycan
Respublikasının təmsil
olunması, həmçinin
xarici dövlətlərin
kosmik agentlikləri və təşkilatları
ilə kosmosdan dinc məqsədlərlə
istifadə sahəsində
əməkdaşlıq edilməsi;
3.2.4-2. kosmosdan dinc məqsədlərlə istifadə
sahəsində Azərbaycan
Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqa-vilələrin
icrası üçün
aidiyyəti olaraq təklif verilməsi və tədbir görülməsi, icranın
əlaqələndirilməsi;”.
11.
3.2.5-ci yarımbəndə “peyk sistemlərinin, telekommuni-kasiya peyklərinin”
sözləri “telekommunikasiya,
Yer müşahidə
və digər təyinatlı peyklərin
və peyk sistemlərinin” sözləri
ilə əvəz edilsin və həmin yarımbəndə
“rabitə vasitələrinin”
sözlərindən sonra
“, sosial-iqtisadi təyinatlı
kosmik texnikanın, əlaqədar proqram təminatlarının” sözləri
əlavə edilsin.
12.
3.2.6-cı yarımbənddə “peykdən” sözü “peyklərdən, peyk sistemləri və yerüstü qurğulardan”
sözləri ilə və “əməkdaşlıq
edilməsi məqsədi
ilə” sözləri
“beynəlxalq təşkilatlar,
xarici dövlət qurumları və” sözləri ilə əvəz edilsin.
13.
3.2.7-ci yarımbəndə “həyata keçirilməsi,”
sözlərindən sonra
“kosmik sənayenin və kosmik fəaliyyətin nailiyyətlərinin
ölkədə tətbiq
edilməsi, kosmik elm və texnikanın,” sözləri əlavə
edilsin.
14.
3.2.10-cu yarımbənddə “şəbəkəsinin” sözü
“şəbəkələrinin” sözü ilə əvəz edilsin və həmin yarımbəndə “sisteminin”
sözündən sonra
“, digər təyinatlı
peyk sistemlərinin” sözləri əlavə
edilsin.
15.
3.2.12-ci yarımbənddə “peykin” sözü “peyklərin” sözü ilə əvəz edilsin.
16. Aşağıdakı məzmunda
3.2.12-1-ci yarımbənd əlavə
edilsin:
“3.2.12-1. kosmik elmin və
texnikanın nailiyyətlərinin
təbliğ edilməsi,
fəaliyyət istiqamətlərinə
uyğun olaraq konfranslar, müşavirələr,
seminarlar keçirilməsi
və digər tədbirlərin ölkədə
və xaricdə təşkil edilməsi;”.
17.
3.2.14-cü yarımbənddən “səlahiyyətləri çərçivəsində”
sözləri çıxarılsın.
18.
3.2.16-cı yarımbənd aşağıdakı redaksiyada
verilsin:
“3.2.16. fəaliyyət istiqamətlərinə aid olan
islahatların aparılmasına,
kosmik tədqiqatların
və onların nəticələrinin ölkədə
tətbiq edilməsinə
dair təkliflərin hazırlanması və Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
təqdim olunması;”.
19.
3.2.17-ci yarımbəndə “müvafiq” sözündən
sonra “inkişaf konsepsiyaları və” sözləri əlavə
edilsin və həmin yarımbənddən
“öz səlahiyyətləri
daxilində” sözləri
çıxarılsın.
20.
3.2.20-ci yarımbənddə “məqsədinə” sözü
“məqsədlərinə” sözü ilə əvəz edilsin.
21. Aşağıdakı məzmunda
3.3-cü və 4.9-cu bəndlər
əlavə edilsin:
“3.3. Cəmiyyət fəaliyyəti
üzrə dövlət
və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün
tədbirlər görür.
4.9. Cəmiyyət balansında
olan dövlət əmlakına münasibətdə
səlahiyyətlərini “Dövlət
əmlakının qorunub
saxlanılması və
səmərəli istifadə
edilməsinin təkmilləşdirilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş
qaydada həyata keçirir.”.
22.
5.4-cü bənddə və
7.5.8-ci, 7.5.9-cu, 7.5.10-cu və 8.1.5-ci yarımbəndlərdə “Nazirliyə”
sözü “Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə” sözləri
ilə əvəz edilsin.
23. 7.2-ci bənddə “İdarə
Heyəti qanunvericiliklə
və bu Nizamnamə ilə müəyyən olunmuş
səlahiyyətləri daxilində”
sözləri “Azərkosmos”
Açıq Səhmdar
Cəmiyyətinin təsis
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 3
may tarixli 885 nömrəli
Sərəncamı və
Azərbaycan Respublikasının
Mülki Məcəlləsi
ilə Cəmiyyətin
səhmdarlarının ümumi
yığıncağına, habelə bu Nizamnamə ilə Cəmiyyətin sədrinə
verilmiş səlahiyyətlər
istisna olmaqla, İdarə Heyəti” sözləri ilə əvəz edilsin.
24.
7.3-cü bənddən “Nazirlik
tərəfindən vəzifəyə
təyin olunan və vəzifədən azad edilən” sözləri çıxarılsın.
25.
7.5.2-ci yarımbəndə “Cəmiyyətin” sözündən
sonra “əməkhaqqı
sistemini müəyyən
edir,” sözləri əlavə edilsin.
26. Aşağıdakı məzmunda
7.5.2-1-ci və 7.5.2-2-ci yarımbəndlər
əlavə edilsin:
“7.5.2-1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərə-findən müəyyən
edilən inkişaf istiqamətləri əsasında
Cəmiyyətin perspektiv
inkişaf planını
təsdiq edir;
7.5.2-2. Cəmiyyətin struktur bölmələrinin, filial və
nümayən-dəliklərinin əsasnamələrini, tabeliyində
olan hüquqi şəxs statuslu qurumların nizamnamələrini
qanunvericiliyə uyğun
olaraq təsdiq edir;”.
27.
7.5.7-ci yarımbənd aşağıdakı
redaksiyada verilsin:
“7.5.7. Cəmiyyətin inkişaf
istiqamətləri, digər
hüquqi şəxslərə
kapital qoyuluşu, bu Nizamnamədə dəyişikliklər edilməsi,
fəaliyyət istiqamətlərinə
aid olan sahədə qanunvericilik aktlarının
təkmilləşdirilməsi, Azərbaycan Respublikasının
beynəlxalq müqa-vilələrə
qoşulması, kosmik
proqram və layihələrin büdcədən
maliyyələşdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə təkliflər
verir;”.
28.
7.5.11-ci yarımbəndin sonunda
nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda 7.5.12-ci yarımbənd
əlavə edilsin:
“7.5.12. fəaliyyət istiqamətlərinə aid olan
sahədə fərqlənmiş
şəxslərə fəxri
adların və digər təltiflərin verilməsi barədə aidiyyəti qurumlara təqdimat verir.”.
29. 7.7-ci bəndə “qərarları”
sözündən sonra
“üzvlərinin” sözü
əlavə edilsin.
30.
8.1.6-cı yarımbənddə “telekommunikasiya peyklərinin”
sözləri “telekommunikasiya,
Yer müşahidə
və digər təyinatlı peyklərin”
sözləri ilə əvəz edilsin.
31.
8.1.8-ci yarımbəndə “Cəmiyyətin” sözündən
sonra “aparatının
ştat cədvəlini,”
sözləri əlavə
edilsin.
32.
8.1.7-ci yarımbənd ləğv
edilsin.
33.
8.1.11-ci yarımbənddə “Nazirliklə” sözü “Azərbaycan Respublikasının
Nazirlər Kabineti ilə” sözləri ilə əvəz edilsin.
34.
8.1.14-cü yarımbənddən “öz səlahiyyətləri
daxilində” və “və Nazirliyinin əmr və sərəncamlarının” sözləri
çıxarılsın.
35. 8.2-ci bənd aşağıdakı
redaksiyada verilsin:
“8.2. Cəmiyyətin sədri öz vəzifələrini
yerinə yetirə bilmədikdə, ezamiyyətdə
və ya məzuniyyətdə olduqda,
onun səlahiyyətlərinin
müvəqqəti olaraq
icrası Cəmiyyətin
sədri tərəfindən
təsdiq edilmiş vəzifə bölgüsünə
əsasən həyata
keçirilir.”.
36.
11.2.1-ci yarımbənddə “verilməsi, balansında olan əsas vəsaitlərin silinməsi
barədə müəyyən
edilmiş qaydada Nazirliyə təkliflər”
sözləri “verilməsinə
razılıq” sözləri
ilə əvəz edilsin.
Artur RASI-ZADƏ
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.- 11
mart.- S.5.