Azərbaycan Respublikasında xüsusi mühafizə olunan təbiət əraziləri obyektləri ilə bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 2 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

№ 82

Bakı şəhəri, 9 mart 2018-ci il

 

 Xüsusi mühafizə olunan təbiət əraziləri obyektləri haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 835-VQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli 3492 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 2 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 51; 2004, № 4, maddə 287; 2005, № 1, maddə 49; 2008, № 2, maddə 132, № 6, maddə 594; 2009, № 3, maddə 200) ilə təsdiq edilmişAzərbaycan Respublikasının təbiət parklarının ümumi Əsasnaməsi”nın 2.2-ci bəndindəelmi təşkilatlarınsözlərielmi müəssisə təşkilatlarınsözləri ilə əvəz edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 13 mart.- S.6.