Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 fevral tarixli 53 nömrəli qərarı ilə təsdiq edilmişBakı Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət .Qoruğu haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 85

Bakı şəhəri, 9 mart 2018-ci il

 

Xüsusi mühafizə olunan təbiət əraziləri obyektləri haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 835-VQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli 3492 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 fevral tarixli 53 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 2, maddə 131; 2014, ¹ 10, maddə 1305) ilə təsdiq edilmişBakı Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 3.2-ci bənddəElmi tədqiqat idarələrininsözləriElmi müəssisə təşkilatlarınsözləri ilə əvəz edilsin.

2. 6.4-cü bənddətəşkilatlarsözüelmi müəssisə təşkilatlarsözləri ilə əvəz edilsin.

3. 6.10-cu bənddəelmi tədqiqat idarələrisözlərielmi müəssisə təşkilatlarsözləri ilə əvəz edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 13 mart.- S.6.