Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı
ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin,
elmi müəssisə
və təşkilatların
Siyahısı”nda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
№ 87
Bakı şəhəri, 12 mart
2018-ci il
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1117; 2011, № 9, maddə 853;
2013, № 7, maddə 883, № 10, maddə 1232; 2014, № 1, maddə 57, №
6, maddələr 736, 752; 2015, № 4, maddə 455, № 8, maddə 967;
2016, № 5, maddə 955, № 6, maddə 1208, № 8, maddə 1435, № 11,
maddə 1953; 2017, № 2, maddə 301, № 4, maddə 667, № 7, maddə
1494, № 10 maddə 1931) ilə təsdiq edilmiş “Doktoranturalar
yaradılan Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinin, elmi müəssisə və təşkilatların
Siyahısı”nda aşağıdakı dəyişikliklər
edilsin:
1. “Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi üzrə” bölməsindən
sonra aşağıdakı məzmunda “Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi üzrə”
bölməsi əlavə edilsin:
Azərbaycan Respublikasının
Daxili
İşlər Nazirliyi üzrə
1.Polis Akademiyası
fəlsəfə doktoru üzrə
2. “Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti üzrə”
bölməsinin 2-ci hissəsi ləğv edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2018.- 14
mart.- S.6.