Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 aprel tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmişAzərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturuna daxil olmayan  tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 91

Bakı şəhəri, 13 mart 2018-ci il

 

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 12-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 aprel tarixli 55 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 4, maddə 350) ilə təsdiq edilmişAzərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”na aşağıdakı məzmunda 4-cü hissə əlavə edilsin:

“4. “Bakı Konqres MərkəziMəhdud Məsuliyyətli Cəmiyyəti.”

 

Artur Rasi-zadə,

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 15 mart.- S.6.