“Azərbaycan Respublikasının Dövlət
Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 15 sentyabr tarixli 346 nömrəli qərarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 92
Bakı şəhəri,
13 mart 2018-ci il
“Azərbaycan Respublikasının
Dövlət Statistika
Komitəsi yanında Statistika Şurasının
yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 15 sentyabr tarixli 346 nömrəli qərarında dəyişiklik
edilməsi barədə
“Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) fəaliyyətinin
təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 19 dekabr tarixli 1740 nömrəli Fərmanının 4.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Azərbaycan Respublikasının
Dövlət Statistika
Komitəsi yanında Statistika Şurasının
yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 15 sentyabr tarixli 346 nömrəli qərarının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 9, maddə 1573; 2017, ¹ 2, maddə 309; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 614 nömrəli qərarı)
1-ci hissəsinin “Şuranın
üzvləri” bölməsində
“Azərbaycan Dövlət
İnformasiya Agentliyi
(AZƏRTAC) Baş direktorunun
müavini” sözləri
“Azərbaycan Dövlət
İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) İdarə
Heyəti sədrinin müavini” sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.-
15 mart.- S.6.