Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fəaliyyətinin  təmin  edilməsi  ilə  əlaqədar  Azərbaycan Respublikası  Nazirlər  Kabinetinin bəzi qərarlarının   onların struktur elementlərinin ləğv edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

№ 93 

 Bakı şəhəri, 13 mart 2018-ci il

 

 

 Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fəaliyyətinin təmin edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1740 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

1. “Azərbaycan Teleqraf Agentliyinin (AzərTAC-ın) yenidən təşkil edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 3 iyul tarixli 157 nömrəli qərarının 1-ci hissəsi ləğv edilsin.

2. “Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) fəaliyyətinin təkmilləşdirilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 44 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 233; 2003, № 2, maddə 130) (1-ci hissəsi istisna olmaqla) ləğv edilsin.

3. “Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) Kollegiyasının təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 23 yanvar tarixli 16 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 94; 2003, № 7, maddə 387; 2008, № 2, maddə 111; 2009, № 6, maddə 497; 2014, № 5, maddə 564; 2015, № 6, maddə 775) ləğv edilsin.

 

Artur Rasi-zadə,

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 15 mart.- S.6.