Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 6 noyabr tarixli 173 nömrəli qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət
Dəniz Administrasiyasının,
dənizçilik təhsil
müəssisələrinin, gəmiçilik sahəsində
fəaliyyət göstərən
və donanmaya malik olan müəssisə,
təşkilat və şirkətlərin işçilərinin
və Azərbaycan Respublikası Dövlət
bayrağı altında
üzən mülki gəmilərin heyət üzvlərinin xidməti
geyim formalarının
və fərqlənmə
nişanlarının təsviri
və onların təchizatına dair Qaydalar”da dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 96
Bakı şəhəri,
14 mart 2018-ci il
“Təhsil haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2017-ci il 31 oktyabr tarixli 834-VQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 14 dekabr tarixli 3491 nömrəli Sərəncamının 1.4-cü bəndinə əsasən
Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 6 noyabr tarixli 173 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 11, maddə 934; 2010, ¹ 3, maddə 264; 2011, ¹ 8, maddə
786; 2012, ¹ 10, maddə 1023; 2014, ¹ 1, maddə 60, ¹ 10, maddə
1318; 2015, ¹ 6, maddə 785) ilə
təsdiq edilmiş “Azərbaycan Respublikası
Dövlət Dəniz
Administrasiyasının, dənizçilik
təhsil müəssisələrinin,
gəmiçilik sahəsində
fəaliyyət göstərən
və donanmaya malik olan müəssisə,
təşkilat və şirkətlərin işçilərinin
və Azərbaycan Respublikası Dövlət
bayrağı altında
üzən mülki gəmilərin heyət üzvlərinin xidməti
geyim formalarının
və fərqlənmə
nişanlarının təsviri
və onların təchizatına dair Qaydalar”a 2 nömrəli əlavə – “Azərbaycan
Respublikasının gəmiçilik
sahəsində fəaliyyət
göstərən və
donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin,
dənizçilik təhsil
müəssisələrinin, Azərbaycan Respublikası
Dövlət bayrağı
altında üzən
mülki gəmilərin
heyət üzvlərinin
xidməti geyim formalarının üzərində
olan fərqlənmə
nişanlarının təsviri”nin
8-ci kateqoriyasının “Vəzifə”
sütununda “aspirantura
müdiri” sözləri
“doktorantura şöbəsinin
müdiri” sözləri
ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.-
16 mart.- S.11.