Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 97
Bakı şəhəri,
14 mart 2018-ci il
“Təhsil haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2017-ci il 31 oktyabr tarixli 834-VQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 14 dekabr tarixli 3491 nömrəli Sərəncamının 1.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli
qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010, ¹ 4, maddə 365; 2012, ¹ 12, maddə 1344; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2017-ci il 22 dekabr tarixli 585
nömrəli qərarı) ilə təsdiq edilmiş “Ali təhsil
pilləsinin dövlət standartı və proqramı”nda
aşağıdakı dəyişikliklər edilsin:
1. 1.2-ci bəndə
“mütəxəssislərin” sözündən sonra “, elmi”
sözü əlavə edilsin.
2. 5.2-ci bəndin
birinci abzasına “mütəxəssis” sözündən sonra
“, elmi” sözü əlavə edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2018.- 16
mart.- S.11.