“Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi
haqqında” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli qərarında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 99
Bakı şəhəri,
15 mart 2018-ci il
“Dövlət
qulluqçularının aylıq vəzifə
maaşının müəyyən edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli
Sərəncamının 4.4-cü bəndinə əsasən
Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA
ALIR:
1.
“Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin
tənzimlənməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli
qərarının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004, ¹9, maddə 755; 2005, ¹12, maddə 1224;
2007, ¹2, maddələr 180, 186; 2008, ¹2, maddə 120, ¹7, maddə
688; 2013, ¹12, maddə 1631; Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 9 fevral tarixli 40 nömrəli qərarı)
2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Dövlət orqanlarında
çalışan dövlət
qulluqçusu olmayan işçilərin (xadimə, dalandar,
bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi
olmayan fəhlə və s.) aylıq vəzifə
maaşları 2018-ci il martın 1-dən
aşağıdakı məbləğlərdə müəyyən
edilsin:
2. Bu qərar
2018-ci il martın 1-dən qüvvəyə
minir.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2018.- 22
mart.- S.5.