Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 3 mart tarixli 93 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 101

Bakı şəhəri, 15 mart 2018-ci il

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “E.T.Vəlizadənin Azərbaycan Respublikası nəqliyyat, rabitə yüksək texnologiyalar nazirinin müavini vəzifəsinə təyin edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 fevral tarixli 3635 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 3 mart tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmişAzərbaycan ­Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nınKomissiyanın üzvləribölməsində “Musa Pənahovnəqliyyat nazirinin müavinisözləriElmir Vəlizadənəqliyyat, rabitə yüksək texnologiyalar nazirinin müavinisözləri ilə əvəz edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 22 mart.- S.5.