Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor direktor müavinlərinin vəzifə maaşları sxeminin məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 270 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 102

Bakı şəhəri, 15 mart 2018-ci il

 

Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqındaAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 3724 nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik ­bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor direktor müavinlərinin vəzifə maaşları sxeminin məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 270 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 7, maddə 1349) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

“4. Müəllimlərinin bilik bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 mart tarixli 89 nömrəli qərarına 1 nömrəli əlavə - “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”nin 18-ci dərəcəsinə uyğun olaraq 535 manat, direktor müavinlərinin aylıq vəzifə maaşı isə 482 manat müəyyən edilsin;

1.2. həmin qərarla təsdiq edilmiş 1 2 nömrəli əlavələr yeni redaksiyada təsdiq edilsin (1 2 nömrəli əlavə ).

2. Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 22 mart.- S.5.