Bilik bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin məbləğlərinin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 1 fevral tarixli 26 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 103

Bakı şəhəri, 15 mart 2018-ci il

 

Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması ­haqqındaAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 3724 nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Bilik bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin məbləğlərinin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 1 fevral tarixli 26 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6-cı hissədə “500”, “450”, “400” rəqəmləri müvafiq olaraq “550”, “495”, “440” rəqəmləri ilə əvəz edilsin;

1.2. həmin qərarla təsdiq edilmiş 1-5 nömrəli əlavələr yeni redaksiyada təsdiq edilsin (1-5 nömrəli əlavələr).

2. Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 22 mart.- S.5.