Xüsusi təhsilə cəlb olunanların valideynlərinə ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq reabilitasiya mərkəzlərinə tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 200 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 104

Bakı şəhəri, 15 mart 2018-ci il

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 200 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 12, maddə 810; 2004, ¹ 12, maddə 1073; 2008, ¹ 11, maddə 1038; 2015, ¹ 4, maddə 475) 1-ci və 1.1-ci hissələrində “20 (iyirmi)” sözləri “22 (iyirmi iki)” sözləri ilə əvəz edilsin.

2. Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 22 mart.- S.5.