“Azərbaycan mədəniyyəti
dünyanı fəth edir”
Xalq artisti, Dövlət mükafatı laureatı Xuraman Qasımovanın seçkiöncəsi düşüncələri
– Azərbaycan xalqının zəngin seçki keçirmək təcrübəsi var. Bizim ölkədə keçirilən seçkilərdə həmişə haqq, ədalət əsas prinsip olub. Elə bu seçkilərdə də belə olacağı şübhəsizdir.
Mədəniyyət işçiləri seçkilərdə həmişə öndə olublar. Çünki onlara qayğı, diqqət həmişə yüksək olub. Ölkədə mədəniyyət siyasəti uğurla həyata keçirilir. Haqlı olaraq deyirlər ki, Azərbaycan mədəniyyəti dünyanı fəth edir. Dünyanın, demək olar ki, əksər ölkələrində Azərbaycan mədəniyyətinə, incəsənətinə böyük maraq yaranmışdır. Xarici ölkələrdə, mütəmadi olaraq, Azərbaycan mədəniyyəti günləri, kino gecələri, rəsm sərgiləri, musiqi bayramları təşkil olunur, milli-mənəvi dəyərlərimiz bu gün UNESCO-nun qorunan mədəniyyət nümunələri sırasındadır. Bu, qürurverici haldır.
Milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri var.
Bu gün paytaxtımızın mədəni həyatı da əsaslı şəkildə yenidən qurulmuşdur. Mədəniyyət müəssisələrimizin əksəriyyəti təmir olunaraq istifadəyə verilmişdir. Təkcə paytaxtımızda deyil, regionlarımızda da mədəniyyətin inkişafına xüsusi diqqət yetirilir. Elə bu yaxınlarda Gəncə şəhərində yeni möhtəşəm filarmoniya binasının tikilib istifadəyə verilməsi bu qayğının parlaq nümunəsidir.
Azərbaycan sürətli inkişaf dövrünü yaşayır. Xalqımız yaxşı bilir ki, bu inkişaf həyata keçirilən düzgün siyasi kursun nəticəsidir. Mən inanıram ki, mədəniyyət işçiləri bu kursa, bu inkişafa səs verəcəklər.
Söhbəti qələmə
aldı:
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2018.- 27
mart.- S.8.