“Xalqımız öz xoşbəxt gələcəyinə səs verəcək”

 

Bu  fikri  prezident  seçkilərinə hazırlıqla bağlı SSRİ-nin    Azərbaycanın  Xalq  artisti, Dövlət mükafatı laureatı,  “Şöhrət” , “Şərəf” və “İstiqlalordenli  Fidan  Qasımova  söylədi. O dedi:

 

– Mən  ölkəmizdə keçirilən  seçkilərdə həmişə  fəal iştirak etmişəm. Əmin olmuşam ki, müstəqil  Azərbaycanda  həqiqətən demokratiya  formalaşıb.  Seçkilər   səffaf  keçirilir,  seçicilərin  hüquqlarına  yüksək  hörmətlə yanaşılır.  Bu,  müstəqilliyimizin bizə bəxş etdiyi ən  mühüm  töhfədir.  İnsanlar   hansı namizədə istəyirlərsə, ona da səs verirlər. İnanıram ki,  aprelin 11-də  keçiriləcək  prezident seçkiləri    bütün parametrləri ilə Azərbaycanın siyasi tarixinə ən demokratik, ən şəffaf, ədalətli və azad seçkilər kimi düşəcək. Əvvəla,  ona  görə ki,  xalqımızın demokratik,  şəffaf, ədalətli  seçkilər keçirmək sahəsində  zəngin təcrübəsi var. İkincisi,  bizim  seçkilər beynəlxalq  təşkilatların nümayəndələri tərəfindən izlənilir.  Onlar  dəfələrlə etiraf etmişlər ki, Azərbaycan demokratik seçkilərin keçirilməsinə görə digər ölkələrə örnək ola bilər.

Bilirəm ki, bu  seçkilərdə  ölkəmizin musiqi ictimaiyyəti  yaxından iştirak edəcək. Bu gün  ölkəmizdə  mədəniyyətin  əsas  qollarından  birini  təşkil edən musiqi incəsənəti   dövlətimiz  tərəfindən əsaslı  şəkildə himayə edilir. Mən burada   Azərbaycanın Birinci  vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın  xidmətlərini  xüsusi qeyd etmək istəyirəm.  Məhz  Mehriban xanımın  böyük  zəhməti bahasına  muğam sənətimiz , saz, kamança, tar ifaçılığı sənətləri  UNESCO-nun  qorunan maddi-mədəni  irs  siyahısına  daxil edilmişdir. Görün,  Azərbaycanda nə qədər musiqi  festivalları, müsabiqələr keçirilir.

Dövlətimiz   musiqi xadimlərinin  sosial  rifahının yaxşılaşdırılması  üçün əhəmiyyətli  tədbirlər həyata  keçirir, onlar   fəxri adlara  layiq  görülür,  mənzillər alır,  yaşlı musiqiçilərimizin yubileyləri  qeyd olunur.

İndi demək olar ki,  dünyanın  elə bir ölkəsi  yoxdur ki, orada  Azərbaycan musiqisi  səslənməsin. Musiqi xadimlərimiz mötəbər beynəlxalq  festivallarda iştirak edir, yüksək mükafatlara layiq  görülürlər.

Bütün bunlar  ölkəmizdə mədəniyyətin, incəsənətin inkişafına   göstərilən  dövlət qayğısının bariz nümunəsidir.

İndi  bütün dünyada ölkəmizi yaxşı tanıyır  və sevirlər. Xarici  vətəndaşlar   Bakını  görmək,  mədəniyyətimizlə, tarixi abidələrimizlə tanış olmaq istəyirlər. Bunları ona  görə  deyirəm ki, Azərbaycan  artıq  dünyada  tanınan  ölkədir.  Respublikamızda  demokratik azadlıqların  qorunmasına, yüksək səviyyədə  ədalətli, şəffaf  seçkilərin keçirilməsinə  heç  kəs  şübhə edə bilməz.

İnanıram ki, 11 aprel  prezident seçkiləri də bunu bir daha nümayiş etdirəcək.

 

Söhbəti qələmə aldı:

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2018.- 29 mart.- S.5.