“Qoşulmama Hərəkatına
üzv dövlətlərin vətəndaşları
üçün Azərbaycan Respublikasının ali təhsil
müəssisələrində təhsil qrantının verilməsi
Qaydaları, o cümlədən təhsil qrantının məbləği”nin
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 107
Bakı şəhəri, 19 mart
2018-ci il
“Qoşulmama
Hərəkatına üzv dövlətlərin vətəndaşlarına
Azərbaycan Respublikasının ali təhsil müəssisələrində
təhsil üçün qrantların verilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 yanvar tarixli
3567 nömrəli Sərəncamının 3.1-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Qoşulmama
Hərəkatına üzv dövlətlərin vətəndaşları
üçün Azərbaycan Respublikasının ali təhsil
müəssisələrində təhsil qrantının verilməsi
Qaydaları, o cümlədən təhsil qrantının məbləği”
təsdiq edilsin (əlavə olunur).
Artur
Rasi-zadə
Azərbaycan
Respublikasının Baş naziri
Qeyd: Qərara
edilmiş əlavələrin tam mətni ilə
www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış
ola bilərsiniz.
Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin
2018-ci il 19 mart
tarixli 107
nömrəli qərarı ilə
təsdiq
edilmişdir.
Qoşulmama
Hərəkatına üzv dövlətlərin vətəndaşları
üçün Azərbaycan Respublikasının ali təhsil
müəssisələrində təhsil qrantının verilməsi
Qaydaları, o cümlədən təhsil qrantının məbləği
1.
Ümumi müddəalar
1.1. Bu
Qaydalar “Qoşulmama Hərəkatına üzv dövlətlərin
vətəndaşlarına Azərbaycan Respublikasının
ali təhsil müəssisələrində təhsil
üçün qrantların verilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 10 yanvar tarixli 3567 nömrəli
Sərəncamının 3.1-ci
bəndinin icrasını təmin etmək məqsədi
ilə hazırlanmışdır və Azərbaycan
Respublikasının ali təhsil müəssisələrində
tədris dilinə uyğun hazırlıq kurslarında və
ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili
üzrə əsas təhsil və rezidentura səviyyələrində
(xüsusi təyinatlı ali təhsil müəssisələri
istisna olmaqla) dövlət büdcəsindən Azərbaycan
Respublikasının Təhsil Nazirliyinə ayrılan vəsait
hesabına Qoşulmama Hərəkatına üzv dövlətlərin
vətəndaşları olan təhsilalanların (bundan sonra –
proqram iştirakçıları) təhsilinin təşkili
məqsədi ilə təhsil qrantının verilməsi
qaydalarını, o cümlədən təhsil
qrantının məbləğini müəyyən edir.
1.2. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə birlikdə
“Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına
Azərbaycan Respublikasının ali təhsil müəssisələrində
təhsil üçün qrantların verilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 yanvar tarixli
3567 nömrəli Sərəncamının 1-ci hissəsi ilə
təsis edilmiş təhsil qrantı proqramında (bundan sonra
- proqram) iştirak edəcək ölkələri, ölkələr
üzrə kvotaları, namizədlərin seçimi meyarlarını
və bunlar əsasında qrant alacaq proqram
iştirakçılarının siyahısını hər il aprelin 1-dək növbəti
tədris ili üçün müəyyən edir.
1.3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən
seçimi həyata keçirilmiş və yekun olaraq Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə birlikdə təsdiq
olunmuş siyahı üzrə Azərbaycan
Respublikasının Təhsil Nazirliyi proqram
iştirakçılarının təhsil alacaqları Azərbaycan
Respublikasının ali təhsil müəssisələrini
müəyyən edir və təhsil qrantı ilə əhatə
olunan xərclərin müvafiq ali təhsil müəssisələri
tərəfindən onlara ödənilməsini təmin edir.
2. Proqram
iştirakçılarının xərcləri
2.1. Təhsil
qrantı dövlət hesabına ödənilən təhsil
haqqı, viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi,
gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat,
nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə,
kommunal xidmətlər, tibbi yardım və ildə bir dəfə
ölkələrindən gəliş-gediş xərclərini
əhatə edir. Proqram çərçivəsində ödənişlər
bu məqsədlə dövlət büdcəsindən
ayrılan və Azərbaycan Respublikasının Təhsil
Nazirliyi tərəfindən müvafiq ali təhsil müəssisəsinə
köçürülən vəsait hesabına bu
Qaydaların əlavəsi ilə müəyyən olunmuş
məbləğdə həmin ali təhsil müəssisəsi
vasitəsilə həyata keçirilir.
2.2. Təhsil
haqqı ilə bağlı xərclərə təhsil
dövrü üçün bakalavriat, magistratura, tibb təhsili
üzrə əsas təhsil və rezidentura səviyyələrində
təhsil haqqı və dil (tədris dilinə uyğun olaraq)
hazırlığı kursları üzrə xərclər, həmçinin
doktorantura səviyyəsi üçün təhsil haqqı və
dil (tədris dilinə uyğun olaraq) hazırlığı
kursları üzrə xərclərlə yanaşı, elmi tədqiqat
xərcləri də aiddir.
2.3. Nəqliyyat
xərclərinə proqram iştirakçılarının
ildə bir dəfə (tədris ilinin əvvəlində Azərbaycan
Respublikasına gəliş və tədris ilinin sonunda ölkələrinə
gediş) Azərbaycan Respublikasına gəliş-gedişi
üçün beynəlxalq reyslər üzrə təyyarə
biletinin (“ekonom sinif” üzrə bir baqaj xərci ödənilməklə)
alınması xərcləri aiddir.
2.4.
Aylıq təqaüd xərcləri proqram
iştirakçısının yataqxana və ya mənzil
kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı
ilə təminat, ictimai nəqliyyatdan (taksi xidmətindən
başqa) istifadə və kommunal xərclərini əhatə
edir. Bu xərclər proqram iştirakçısı Azərbaycan
Respublikasına daxil olduqdan etibarən təhsil müddətinin
sonunadək olan dövrü əhatə edir. Aylıq təqaüdlər
Azərbaycan Respublikasında ali təhsil pilləsinin təhsil
səviyyələri üzrə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli 104 nömrəli qərarı
ilə təsdiq edilmiş “Təhsil proqramlarının
(kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin
1.5-ci bəndi ilə müəyyənləşdirilmiş
normativ müddətə uyğun olaraq, bu Qaydaların
3.2.3-cü yarımbəndində göstərilən hallar
istisna olmaqla, hər tədris ili ən çoxu 10 (on) ay
olmaqla ödənilir.
2.5. Tibbi
yardım xərclərinə bu Qaydaların əlavəsi ilə
müəyyənləşdirilmiş məbləğə
uyğun Azərbaycan Respublikasında təhsil
aldığı müddətdə proqram
iştirakçısına göstərilən tibbi xidmət
və dərman alınması xərcləri daxildir.
2.6. Viza və
qeydiyyat xərclərinə proqram
iştirakçılarının Azərbaycan Respublikasında
vizanın alınması ilə bağlı xərcləri və
proqram iştirakçılarının Azərbaycan
Respublikasında müvəqqəti yaşama icazəsinin
alınması xərcləri aiddir.
3. Proqram
iştirakçılarının xərclərinin ödənilməsi
3.1. Hər
bir proqram iştirakçısı proqram çərçivəsində
nəzərdə tutulan xərclər və onların ödənilməsi
proseduru barədə Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi və ali təhsil müəssisələri
tərəfindən məlumatlandırılır. Ali təhsil
müəssisəsi ilə proqram iştirakçısı
arasında bu Qaydaların tələblərinə müvafiq
qaydada xərclərin ödənilməsi şərtlərini,
eləcə də tərəflərin digər məsuliyyət
və öhdəliklərini özündə əks etdirən,
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən
müəyyən olunmuş formaya uyğun müqavilə
imzalanır. Proqram iştirakçılarının xərclərinin
maliyyələşdirilməsi il ərzində müvafiq ali təhsil
müəssisələrinin sifarişləri əsasında vəsaitin
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən
həmin ali təhsil müəssisələrinə
köçürülməsi yolu ilə həyata
keçirilir.
3.2. Proqram iştirakçılarının
xərclərinin ödənilməsi aşağıdakı
prosedurlar əsasında həyata keçirilir:
3.2.1. hər
il üçün təhsil haqqı ilə bağlı xərclərin
ödənilməsi ali təhsil
müəssisəsinin təqdim etdiyi sifarişlər əsasında
ildə 2 (iki) dəfə olmaqla, hər bir semestrin əvvəlində
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən
müvafiq ali təhsil müəssisələrinin hesabına
köçürmə yolu ilə həyata keçirilir;
3.2.2.
proqram iştirakçılarının nəqliyyat, viza və
qeydiyyat xərcləri təqdim olunan müvafiq təsdiqedici sənədlər
əsasında hesablanmaqla, Azərbaycan Respublikasının Təhsil
Nazirliyinə göndərilən sifarişə uyğun olaraq
ayrılan vəsait hesabına ali təhsil müəssisəsi
tərəfindən ödənilir. Nəqliyyat, viza və
qeydiyyat xərcləri proqram iştirakçısı tərəfindən
ödənildiyi halda, həmin vəsaiti müvafiq təsdiqedici
sənədlər əsasında ali təhsil müəssisəsi
proqram iştirakçısının yerli bankdakı milli
valyuta hesabına ödəyir. Əgər nəqliyyat və
viza xərci ödəniş edilməli tarixdən öncə
proqram iştirakçısı tərəfindən xarici
valyuta ilə ödənilmişdirsə, bu halda nəqliyyat və
viza xərcləri ona ödənişin rəsmiləşdirilməsi
tarixinə olan rəsmi məzənnə əsasında manatla
ödənilir;
3.2.3. bu
Qaydaların 2.4-cü bəndində qeyd olunan proqram
iştirakçısının aylıq təqaüdləri
ali təhsil müəssisəsi tərəfindən hər ay
onun yerli bankdakı milli valyuta hesabına
köçürülür. Proqram
iştirakçıları tədris ilinin sonunda fövqəladə
hal və ya qarşısıalınmaz qüvvənin təsiri
nəticəsində öz ölkələrinə gedə
bilmədikdə və onların hər hansı maliyyə mənbəyi
olmadıqda, bu zaman sözügedən fövqəladə hal
və ya qarşısıalınmaz qüvvənin təsiri
aradan qalxana və proqram iştirakçıları öz
ölkələrinə gedənə qədər müvafiq
ali təhsil müəssisəsinin vəsatəti əsasında
onlara tam aylıq təqaüd ödənilir;
3.2.4.
proqram iştirakçısı üçün Azərbaycan
Respublikasında təhsil aldığı müddətdə
nəzərdə tutulan tibbi yardım haqqının ödənilməsi
müvafiq ali təhsil müəssisəsinin sifarişi əsasında
Azərbaycan Respublikasının Təhsil Nazirliyindən
ayrılan vəsait hesabına həmin ali təhsil müəssisəsi
tərəfindən təşkil edilir. Proqram
iştirakçılarının tibbi yardımla bağlı
xərcləri Azərbaycan Respublikasında təhsil
aldıqları müddətdə proqram
iştirakçılarını müqavilə əsasında
müəyyən olunmuş qaydada tibbi xidmətlə təmin
edən sığortaçı tərəfindən təqdim
olunan, eləcə də digər təsdiqedici sənədlər
əsasında ödənilir.
3.3.
Müvafiq ali təhsil müəssisəsi hər semestrin
sonunda Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyinə və Azərbaycan Respublikasının Təhsil
Nazirliyinə həmin semestrdə fənlər üzrə
proqram iştirakçılarının aldıqları yekun
qiymətlərin hesabatlarını təqdim etməlidir.
Proqram iştirakçılarının təqdim edilən
hesabatda əks olunan fənlər üzrə göstəriciləri
51 baldan aşağı olduğu təqdirdə, bu akademik
müvəffəqiyyətsizlik hesab edilir və bu hal aradan
qaldırılana qədər növbəti semestrlər
üçün proqram iştirakçılarının xərclərinin
ödənilməsi müvəqqəti olaraq
dayandırılır. Bu zaman bütün xərclər proqram
iştirakçısı, yaxud hər hansı fiziki və ya
hüquqi şəxs tərəfindən ödənilir.
3.4.
Proqram iştirakçılarının bir təhsil
proqramından və ya bir ali təhsil müəssisəsindən
digərinə köçürülməsi, xaric edilməsi,
akademik məzuniyyət alması və bərpa olunması məsələləri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may
tarixli 125 nömrəli qərarı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının vətəndaşlarının
xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil
alması Qaydaları”nın 4.10-cu bəndinə uyğun olaraq
tənzimlənir. Proqram iştirakçısı ali təhsil
müəssisəsindən xaric edildikdə, təhsil müəssisəsi
3 (üç) iş günü ərzində bu barədə
Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidmətinə və
Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyinə məlumat verməlidir.
3.5.
Proqram iştirakçılarının təhsil müddətinin
üzrlü (xəstəlik, ailə vəziyyəti və s.)
və ya onlardan asılı olmayan səbəblərə
görə uzadılması halında, onların və ya ali təhsil
müəssisəsinin müraciəti əsasında yalnız
1 (bir) əlavə semestr üzrə xərclərin ödənişi
həyata keçirilə bilər.
“Qoşulmama
Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali
təhsil müəssisələrində təhsil
qrantının verilməsi Qaydaları, o cümlədən təhsil
qrantının məbləği”nə
əlavə
Qoşulmama
Hərəkatına üzv dövlətlərin vətəndaşları
üçün Azərbaycan Respublikasının ali təhsil
müəssisələrində verilən təhsil
qrantının məbləği
(manatla)
Hazırlıq
kursu və təhsil səviyyələri üzrə
təhsil
haqqı
(illik
maksimum məbləğ)
Aylıq
təqaüd xərcləri (viza, qeydiyyat, yataqxana və ya mənzil
kirayəsi, gündəlik qidalanma, zəruri tədris ədəbiyyatı
ilə təminat, nəqliyyatdan (taksi xidmətindən
başqa) istifadə, kommunal xidmətlər, ildə bir dəfə
ölkələrinə gediş və gəliş)
İllik
tibbi yardım
tədris
dilinə uyğun
hazırlıq
kursu
bakalavriat
magistratura
doktorantura
tibb təhsili
üzrə əsas təhsil
rezidentura
Qeyd. Proqram iştirakçılarının viza və qeydiyyat xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğlərə uyğun, nəqliyyat xərcləri isə faktiki xərclər üzrə təqdim olunan müvafiq təsdiqedici sənədlər əsasında ödənilir.
Xalq qəzeti.- 2018.- 29 mart.- S.8.