Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
3 aprel tarixli 94 nömrəli qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət,
ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 112
Bakı şəhəri,
19 mart 2018-ci il
“Reklam haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2017-ci il 17 noyabr tarixli 867-VQD nömrəli
Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il
15 may tarixli 1281-IVQ nömrəli
Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanında dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 15
dekabr tarixli 1727 nömrəli Fərmanının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
3 aprel tarixli 94 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2014, ¹ 4, maddə 440, ¹ 11, maddə
1513; 2015, ¹ 5, maddə 665; 2016, ¹ 3, maddə 615, ¹ 5, maddə
955, ¹ 9, maddə 1563, ¹ 10, maddə
1733; 2017, ¹ 1, maddə 123, ¹ 8, maddələr 1617, 1623, ¹ 9, maddə
1758; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2018-ci il 8 fevral tarixli 39 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
ticarət, ictimai iaşə, məişət
və digər növ xidmət Qaydaları”nın 3.3-1-ci bəndində
“lövhələr” sözü
“sayı 1-dən, ümumi
ölçüsü 2 kvadratmetrdən
artıq olmayan lövhələr (yazılar)”
sözləri ilə əvəz edilsin və həmin bəndə “daşıyıcıları”
sözündən sonra
“və yerləşdirilməsinə
icazə alınması
tələb olunan reklam” sözləri əlavə edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.-
29 mart.- S.8.