Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 4 oktyabr tarixli 288 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 113          

Bakı şəhəri, 27 mart 2018-ci il

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 4 oktyabr tarixli 288 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 10, maddə 1209) 2-ci bəndindənCeyranbatan, ” sözü çıxarılsın.

2. Sudan ödənişli istifadə qaydaları təsdiq edilənədək, Azər-baycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Samur-Abşeron kanalı istismarı idarəsi tərəfindən Ceyranbatan su anbarına gətirilən suyunAzərsuAçıq Səhmdar Cəmiyyətinə topdansatış tarifi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən əvvəlki tarif nəzərə alınmaqla təsdiq edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 29 mart.- S.8.