“Mədəniyyət işçiləri prezident seçkilərində fəal iştirak edəcəklər”
Bu il aprel ayının 11-də səsvermə hüququ olan ölkə vətəndaşları seçki məntəqələrinə gələrək dövlət başçısı postuna ən layiqli namizədə səs verəcəklər. Azərbaycanın ictimai-siyasi həyatında mühüm əhəmiyyəti olan bu siyasi kampaniyada hamı kimi, elm, təhsil, mədəniyyət sahəsində çalışan ziyalılarımızın da fəal iştirak edəcəklər.
Azərbaycan Milli Konservatoriyasının rektoru,
professor Səyavuş Kərimi bu barədə dedi:
– Müstəqil
Azərbaycanda ictimai-siyasi
həyatın bütün
sahələrində heyrətamiz
inkişaf və tərəqqi baş verir. Ölkəmizdə bərqərar olunmuş
siyasi sabitlik, iqtisadi yüksəliş milli mədəniyyətimizin
intibahı üçün
zəmin yaradıb.
Hazırda mədəniyyət sahəsində bir-birindən
maraqlı layihələr
həyata keçirilir.
Bütün bunları görməmək,
qiymətləndirməmək, bundan qürur duymamaq ədalətsizlik olardı.
Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu
hər iki dönəmdə milli mədəniyyətimizin inkişafına
böyük dəstək
verib. Dahi siyasətçi istedadlı mədəniyyət
və incəsənət
xadimlərinə daim böyük qayğı ilə yanaşırdı.
Onları himayə edirdi.
Bu müdrik siyasət
bu gün də uğurla davam etdirilir.
Bəllidir ki, Azərbaycanda musiqi sənətinin zəngin ənənələri
yaranıb. Biz dünya
musiqi xəzinəsinə
korifey sənətkarlar
bəxş etmiş xalqıq. Bu gün də ölkəmizdə istər
milli, istərsə də klassik musiqi sahəsində istedadlı gənclərimiz
yetişir. Azərbaycan musiqisinin,
bütövlükdə, mədəniyyətimizin
bundan sonra da heyrətamiz uğurlara imza atacağına əminəm.
Azərbaycan ziyalısı hər zaman milli təəssübkeşliyi
ilə seçilib. Mədəniyyət işçiləri gözəl
başa düşürlər
ki, hər bir sivil ölkədə
olduğu kimi, Azərbaycanda da azad, demokratik seçkilərin keçirilməsi
xalqımızın, dövlətimizin
mənafeyinə xidmət
edir. Buna görə, hər bir ziyalı bu prosesə öz töhfəsini verməyə çalışır.
Mən fürsətdən istifadə
edərək bütün
mədəniyyət işçilərini
qarşıdakı prezident
seçkilərində fəal
iştirak etməyə
səsləyirəm. İnanıram ki, 11 apreldə seçkilər məhz seçicilərin yüksək
fəallığı şəraitində
keçəcək.
Söhbəti qələmə
aldı:
Məsaim ABDULLAYEV
Xalq qəzeti.-
2018.- 6 mart.- S.6.