Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin
Ehtiyat Fondunun vəsaitindən istifadə
Qaydaları”nda dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
¹ 68 Bakı şəhəri,
1 mart 2018-ci il
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 31
oktyabr tarixli 809 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 25 dekabr tarixli 1759 nömrəli Fərmanının 2.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2003, ¹ 6, maddə
343; 2005, ¹ 6, maddə 548; 2009, ¹ 11, maddə 936; 2017, ¹ 3, maddə
501, ¹ 10, maddə 1933) ilə
təsdiq edilmiş “Dövlət büdcəsinin
Ehtiyat Fondunun vəsaitindən istifadə
Qaydaları”nın 6-cı hissəsinə
aşağıdakı məzmunda
ikinci abzas əlavə edilsin:
“Dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq
bölmə, köməkçi
bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə
tutulmuş birdəfəlik
təyinatlı vəsaitlər
üzrə hesabat ili ərzində yaranmış qənaətdən
dövlət büdcəsinin
Ehtiyat Fonduna yönəldilmiş vəsait
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla, il
ərzində digər
tədbirlərin maliyyələşdirilməsinə
sərf edilə bilər.”.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.-
2018.- 3 mart.- S.5.