Dövlət məktəbəqədər
təhsil müəssisəsinə
məxsus daşınmaz
əmlakın qorunması
və ərazisinin mühafizəsi ilə bağlı normativlər barədə
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
¹ 70 Bakı şəhəri, 2 mart 2018-ci il
“Məktəbəqədər
təhsil haqqında” Azərbaycan Respublikasının
2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti
QƏRARA ALIR:
1. Müəyyən
edilsin ki, dövlət məktəbəqədər
təhsil müəssisəsinə
məxsus daşınmaz
əmlakın qorunması
və ərazisinin mühafizəsinin təşkili
üçün hər
bir dövlət məktəbəqədər təhsil
müəssisəsi 2 gözətçi
və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
Baş Mühafizə
İdarəsi ilə müqavilə əsasında
həyəcan düyməsi
ilə təmin edilir.
2. Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə tapşırılsın
ki, 2019-cu ildən etibarən dövlət məktəbəqədər təhsil
müəssi-sələrinin həyəcan düyməsi
ilə təchiz olunması üçün
Azərbaycan Respublikası
Daxili İşlər
Nazirliyinin Baş Mühafizə İdarəsi
ilə razılaşdırılmaqla,
tələb olunan vəsaitin hər il dövlət büdcəsində nəzərdə
tutulmasını təmin
etsin.
3. “Büdcədən
maliyyələşdirilən məktəbəqədər uşaq
müəssisələrinin nümunəvi ştatı
haqqında” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 1996-cı il
29 may tarixli 61 nömrəli
qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə
– “Uşaq bağçalarının
nümunəvi ştatı”nın
“Qeydlər” bölməsinin
10-cu hissəsi və
2 nömrəli əlavə
– “Körpələr evi-uşaq
bağçalarının nümunəvi ştatları”nın
“Qeydlər” bölməsinin
12-ci hissəsi ləğv
edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.-
2018.- 3 mart.- S.5.