Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyəti üzvlərinin digər işçilərinin əməkhaqlarının təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 72  Bakı şəhəri, 2 mart 2018-ci il

 

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fəaliyyətinin təmin edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1740 nömrəli Fərmanının 4.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyəti üzvlərinin digər işçilərinin aylıq vəzifə maaşlarının sxemitəsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyəti üzvlərinin digər işçilərinin aylıq vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə isə 60 manat məbləğində əlavələr ödənilsin.

3. “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 9, maddə 1138; 2014, ¹ 7, maddə 916, ¹ 8, maddə 1016, ¹ 10, maddə 1325; 2015, ¹ 3, maddə 335, ¹ 6, maddə 775; 2016, ¹ 2 (II kitab), maddə 393, ¹ 3, maddə 626, ¹ 11, maddə 1976; 2017, ¹ 4, maddə 645, ¹ 6, maddə 1234, ¹ 9, maddə 1733; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 noyabr tarixli 491 nömrəli 2018-ci il 16 yanvar tarixli 15 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1-ci hissədə “1-22” rəqəmləri “1-9, 11-22” rəqəmləri ilə əvəz edilsin;

3.2. 2-ci hissədə 8-22-ci” sözləri “, 8-9-cu 11-22-ci” sözləri ilə əvəz edilsin;

3.3. qərara 10 nömrəli əlavə – “Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) işçilərinin aylıq vəzifə maaşlarının sxemiləğv edilsin.

4. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsinlər.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 3 mart.- S.5.