“Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə
qoşulmasına görə
qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 180
Bakı şəhəri,
27 aprel 2018-ci il
“Sahibkarların mövcud və ya inşa
ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 28 fevral tarixli 1857 nömrəli Fərmanının 2.4-cü bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
1. “Sahibkarların tələb
olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil
olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən)
olan mövcud və ya inşa
ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə
24 (iyirmi dörd) gün müddətində
qoşulmasına görə
qoşulma haqqının
məbləği” təsdiq
edilsin (1 nömrəli
əlavə).
2. “Sahibkarların tələb
olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil
olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən)
olan mövcud və ya inşa
ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə
onların istəyinə
uyğun olaraq 12 (on iki) gün müddətində
qoşulmasına görə
qoşulma haqqının
məbləği” təsdiq
edilsin (2 nömrəli
əlavə).
3. Müəyyən edilsin ki, bu qərarın
1-ci və 2-ci hissələri
ilə təsdiq edilən sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla,
mövcud 0,4 kV-luq şəbəkədən)
olan mövcud və ya inşa
ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə
qoşulmasına görə
qoşulma haqqının
məbləğinə həmçinin
sahibkarların sayğacla
ilk dəfə təchiz
edilməsi və onların quraşdırılması
ilə bağlı xərclər, habelə əlavə dəyər vergisi daxildir.
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş
naziri
Qeyd: Qərara edilmiş
əlavələrin tam mətni
ilə www.cabmin.gov.az və
www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.
Xalq qəzeti.- 2018.- 1
may.- S.4.