“Azərbaycan Respublikasında dövlət baytarlıq nəzarəti funksiyasını yerinə yetirən şəxslər üçün xüsusi geyim formasının, fərqləndirici nişanların təsviri və onların təchizat normasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 61 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 182

 Bakı şəhəri, 30 aprel 2018-ci il

 

 

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 yanvar tarixli 3596 nömrəli Sərəncamının 2.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 61 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹5, maddə 247; 2005, ¹6, maddə 558; 2009, ¹1, maddə 34, ¹9, maddə 736; 2015, ¹2, maddə 227) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət baytarlıq nəzarəti funksiyasını yerinə yetirən şəxslər üçün xüsusi geyim formasının və fərqləndirici nişanların təsviri”nin 5.3-cü bəndinin dördüncü abzasından “, Respublika Baytarlıq Laboratoriyasının direktoru” sözləri, altıncı abzasından “Respublika Baytarlıq Laboratoriyasının direktorunun müavinləri,” və “zona baytarlıq laboratoriyalarının direktorları,” sözləri çıxarılsın.

 

Novruz Məmmədov

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 1 may.- S.4.