Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 17 aprel tarixli
112 nömrəli qərarı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan
tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 183
Bakı şəhəri,
30 aprel 2018-ci il
“Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin
təmin edilməsi ilə bağlı əlavə tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26
yanvar tarixli 3596 nömrəli Sərəncamının
2.4-cü bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 112
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015, ¹ 4, maddə 479, ¹ 12, maddə 1572; 2016,
¹ 6, maddə 1224, ¹ 9, maddə 1569, ¹ 11, maddə 1957; 2017, ¹ 7,
maddə 1496) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
strukturuna daxil olmayan tabeliyindəki qurumların
Siyahısı”nın “I. Büdcədən maliyyələşdirilən
qurumlar” bölməsinin 98-110-cu hissələri ləğv
edilsin.
Novruz Məmmədov
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2018.- 1
may.- S.4.