Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 noyabr tarixli
356 nömrəli qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki
qurumların Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 185
Bakı şəhəri, 30 aprel
2018-ci il
“Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli 3654 nömrəli Sərəncamının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 noyabr tarixli 356 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 11, maddə 1420; 2017, ¹ 12 (II kitab), maddə 2524) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na aşağıdakı məzmunda II bölmə əlavə edilsin:
“II. Təhsil müəssisələri
1. Azərbaycan İlahiyyat İnstitutu”.
Novruz Məmmədov
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2018.- 1
may.- S.4.