Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust  tarixli  234  nömrəli  qərarı  ilə  təsdiq  edilmişİstehlakçıların  elektrik  enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 189

Bakı şəhəri, 30 aprel 2018-ci il

 

Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqındaAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanının 5.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 8, maddə 1032; 2014, ¹ 1, maddə 69; 2016, ¹ 2 (II kitab), maddə 361, ¹ 11, maddə 1951; 2017, ¹ 7, maddə 1486) ilə təsdiq edilmişİstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.3.1-ci yarımbənddəAzərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsisözləriEnerji Məsələlərini Tənzimləmə Agentliyisözləri ilə əvəz edilsin.

2. Həmin Qaydalara 1 nömrəli əlavə - “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün Texniki Şərtlər”in mətnindəAzərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarət İdarəsinəsözləriEnerji Məsələlərini Tənzimləmə Agentliyinəsözləri ilə əvəz edilsin.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzetii.- 2018.- 2 may.- S.3.