“İnternet telekommunikasiya xidməti göstərən operatorların
və provayderlərin
uçotunun aparılması
Qaydası”nın təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2017-ci il 12 oktyabr tarixli 427 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 191
Bakı şəhəri,
30 aprel 2018-ci il
“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2017-ci il 10 mart tarixli
540-VQD nömrəli Qanununun
tətbiqi və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 16 mart tarixli
1296 nömrəli Fərmanına
əsasən Azərbaycan
Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
“İnternet telekommunikasiya xidməti göstərən
operatorların və provayderlərin uçotunun
aparılması Qaydası”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli qərarında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, ¹ 10, maddə 1891) aşağıdakı
dəyişikliklər edilsin:
1. 2-ci hissə ləğv edilsin.
2. Həmin qərarla təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən
operatorların və provayderlərin uçotunun
aparılması Qaydası”
üzrə:
2.1.
3.3.1-ci yarımbənddən “(və ya əsasnaməsinin)”
sözləri çıxarılsın;
2.2. 3.7-ci
bəndin birinci cümləsinə “provayder”
sözündən sonra
“7 (yeddi) iş günü müddətində”
sözləri əlavə
edilsin;
2.3.
3.8.3-cü yarımbənd aşağıdakı
redaksiyada verilsin:
“3.8.3. göstərilən xidmətlərin texniki-təşkilati
imkanları bu Qaydanın 3.3.2-ci yarımbəndində
nəzərdə tutulmuş
tələblərə uyğun
olmadıqda (ərizədə
göstərilən xidmətlərin
texniki-təşkilati imkanlarına
Nazirlik tərəfindən
aidiyyəti qurumların
iştirakı ilə
baxış keçirilir).”;
2.4.
3.10-cu bənddən “(və
ya)” sözləri çıxarılsın;
2.5.
3.14-cü bənddə “dəyişiklik
olduğu vaxtdan” sözləri “dəyişikliyin
olması barədə
müraciətə baxıldıqdan
sonra” sözləri ilə əvəz edilsin;
2.6. 4.1-ci
bənd aşağıdakı
redaksiyada verilsin:
“4.1. Uçota alınması üçün təqdim
edilmiş məlumatlarda
hər hansı dəyişiklik baş verdikdə, operatorlar və provayderlər və ya onların
səlahiyyətli nümayəndələri
dəyişiklik baş
verdiyi gündən 10
(on) gün müddətində
“Elektron hökumət”
portalı vasitəsilə
təsdiqedici sənədləri
müraciətlərinə əlavə etməklə
Nazirliyə məlumat
verirlər.”;
2.7. 4.2-ci
bəndə “müddətində”
sözündən sonra
“Elektron hökumət”
portalı vasitəsilə”
sözləri əlavə
edilsin;
2.8.
4.3.1-ci yarımbəndə “tərəfindən” sözündən
sonra “xidmət göstərilməsinin dayandırıldığı
barədə” sözləri
əlavə edilsin;
2.9.
4.3-cü bənd 4.4-cü bənd
hesab edilsin və aşağıdakı
məzmunda 4.3-cü bənd
əlavə edilsin:
“4.3. Operatorların və
provayderlərin uçot
məlumatlarında dəyişiklik
edilməsi və ya uçotunun ləğv olunması ilə əlaqədar müraciət zamanı verilən məlumatların
qəbul edilməsi barədə müraciət
edən şəxsə
elektron təsdiqetmə
bildirişi göndərilir. Həmin
müraciətə Nazirlik
tərəfindən 3 (üç)
iş günü müddətində baxılır
və uçot məlumatlarında bu Qaydanın 3.14-cü bəndində
nəzərdə tutulmuş
qaydada dəyişiklik
edilir.”;
2.10.
5.1.1-ci yarımbənddən “internet telekommunikasiya xidmətləri
bazarını təhlil
edir,” sözləri çıxarılsın;
2.11.
5.2-ci bənd aşağıdakı
redaksiyada verilsin:
“5.2. Azərbaycan Respublikasının
Vergilər Nazirliyi bu Qaydanın 3.3.1-ci,
4.3.3-cü və 4.3.5-ci yarımbəndləri
ilə əlaqədar
operatorlar və provayderlər barədə
məlumatların “Elektron
hökumət” portalı
vasitəsilə Nazirlik
tərəfindən əldə
edilməsi üçün
şərait yaradır.”;
2.12.
6-cı hissə ləğv
edilsin;
2.13.
7.1-ci bənddən “7.1.” rəqəmləri
çıxarılsın.
3. Qaydaya 1 nömrəli əlavə - “Uçota alınma üçün
Ərizə” üzrə:
3.1. “-
_______ vərəq, ______ nüsxə”,
“(imza)” və
“M.Y.” sözləri çıxarılsın;
3.2. “Qeyd” hissəsi aşağıdakı redaksiyada
verilsin:
“Qeyd. Ərizə ərizəçinin nümayəndəsi
tərəfindən doldurulduğu
təqdirdə, ərizəyə
müvafiq səlahiyyəti
təsdiq edən sənədin surəti əlavə olunur.”.
4. Qaydaya 2 nömrəli əlavə - “Uçota alınma üçün
Ərizə” üzrə:
4.1. “-
_______ vərəq, ______ nüsxə”
və “(imza)” sözləri çıxarılsın;
4.2. “Qeyd” hissəsi aşağıdakı redaksiyada
verilsin:
“Qeyd. Ərizə ərizəçinin nümayəndəsi
tərəfindən doldurulduğu
təqdirdə, ərizəyə
müvafiq səlahiyyəti
təsdiq edən sənədin surəti əlavə olunur.”.
5. Qaydaya 3 nömrəli əlavə - “İnternet telekommunikasiya xidməti göstərən operatorların
və provayderlərin
uçotu haqqında Bildiriş” üzrə:
5.1. “(imza)”, “M.Y.” və “___”
_______20__ il” sözləri çıxarılsın;
5.2. “alınmışdır.” sözündən
sonra “Bu sənəd gücləndirilmiş elektron
imza ilə təsdiqlənmişdir.” cümləsi
əlavə edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2018.- 2
may.- S.3.