Tütündən istifadənin zərəri ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətləri üsulları”nın təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 192

Bakı şəhəri, 1 may 2018-ci il

 

 Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqındaAzərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Tütündən istifadənin zərəri ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətləri üsullarıtəsdiq edilsin (əlavə olunur).

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə  www.cabmin.gov.az www.xalqqazeti.com  saytlarında tanış  ola bilərsiniz.

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2018-ci il 1 may

tarixli 192 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Tütündən istifadənin zərəri ətraf mühitdəki tütün tüstüsünün

ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin

əsas istiqamətləri üsulları

 

1. Ümumi müddəa

 

1.1. Bu SənədTütün məmulatlarının istifadəsinin məhdud-laşdırılması haqqındaAzərbaycan Respublikası Qanununun 11.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır tütündən istifadənin zərəri ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətlərini üsullarını müəyyən edir.

2. Tütündən istifadənin zərəri ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətləri

2.1. Tütündən istifadənin zərəri ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətləri aşağıdakılardır:

2.1.1. tütündən istifadənin insan sağlamlığına zərərli təsiri barədə təbliğat aparılması;

2.1.2. əhali arasında tütündən istifadəyə neqativ münasibətin formalaşdırılması;

2.1.3. sağlam həyat tərzi sürməyin üstünlüklərinin əhali arasında təbliği, belə seçim edən şəxslərin sayının artırılması, onların həvəsləndirilməsi bu seçimin digər insanlara nümunə olaraq göstərilməsi;

2.1.4. sağlam həyat tərzinə, ziyanlı vərdişlərdən asılılığın profilaktikasına yönəldilmiş məlumatlandırıcı-maarifləndirici təbliğat tədbirlərinin tədrisi;

2.1.5. tütündən istifadənin nəticələrindən qorunma ilə bağlı tibbi xarakterli digər biliklərin əhali arasında yayılması;

2.1.6. tütündən istifadənin dayandırılmasına tütündən asılılığın müalicəsinə marağın artırılması.

3. Tütündən istifadənin zərəri ətraf mühitdəki tütün  tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin üsulları

3.1. Tütündən istifadənin zərəri ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin aşağıdakı üsulları müəyyən edilir:

3.1.1. tütün məmulatlarının zərərli təsiri ilə bağlı mövzuların tədris proqramlarına daxil edilməsi;

3.1.2. tütündən istifadənin dayandırılması, tütündən istifadəyə mənfi münasibətin formalaşdırılması məqsədi ilə əhali üçün nəzərdə tutulmuş müvafiq konsultativ (məsləhət) xidmətin təşkili Qaynar xətt”in yaradılması;

3.1.3. kütləvi informasiya vasitələrində, o cümlədən internet informasiya ehtiyatında tütündən istifadənin zərəri ilə bağlı təbliğat xarakterli məlumatların yayılması;

3.1.4. tütün əleyhinə sosial reklamların yayımlanması;

3.1.5. mobil rabitə abonentlərinə məlumatlandırıcı xəbərdarlıq mesajlarının göndərilməsi;

3.1.6. tütün əleyhinə təbliğat xarakterli maarifləndirici kütləvi aksiya tədbirlərin (xüsusilə, 31 may - Ümumdünya Tütünlə mübarizə günü) keçirilməsi;

3.1.7. tütün məmulatlarının qutuları üzərində tütündən istifadədən çəkindirici xəbərdarlıqların yerləşdirilməsi.

 

Xalq qəzeti.- 2018.- 3 may.- S.5.