“İnsan orqan və (və ya) toxumalarının
transplantasiyası haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2011-ci il 17 noyabr tarixli
187 nömrəli qərarında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 193
Bakı şəhəri,
1 may 2018-ci il
“İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 15
yanvar tarixli 251 nömrəli Fərmanının
1-ci hissəsinə əsasən,
Azərbaycan Respublikası
Prezidentinin Xüsusi Tibb Xidmətinin təklifini nəzərə
alaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2011, ¹ 11, maddə 1068; 2012,
¹ 1, maddə 26, ¹ 7, maddə
786; 2014, ¹ 12, maddə 1652; 2015, ¹ 6, maddə 805) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “İnsan orqan və (və ya) toxumalarının
transplantasiyasının həyata
keçirildiyi ixtisaslaşdırılmış
tibb müəssisələrinin
Siyahısı”na aşağıdakı
məzmunda doqquzuncu sətir əlavə edilsin:
“Gəncə Müalicə
Diaqnostika Mərkəzi”
MMC
böyrəklər, qaraciyər,
ürək, ürək-ağciyər
kompleksi, mədəaltı
vəzi və seqmentləri, mədəaltı
vəzi onikibarmaq bağırsaqla birlikdə,
gözün buynuz qişası, sümük
iliyi
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.-
3 may.- S.5.