Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 5 fevral tarixli 22 nömrəli qərarı
ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”də
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 195
Bakı şəhəri,
1 may 2018-ci il
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2017-ci il
15 dekabr tarixli 950-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 31
yanvar tarixli 3613 nömrəli Sərəncamının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 5 fevral tarixli 22 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 2, maddə 145; 2016, ¹ 4, maddə 812) ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”də aşağıdakı
dəyişikliklər edilsin:
1.
5.15.5-ci yarımbənddə “taksi minik avtomobillərin”
sözləri “taksi minik avtomobillərinin duracaq yerlərinin” sözləri ilə əvəz edilsin.
2. Əsasnaməyə 4 nömrəli
əlavə - “Avtovağzalların
(avtostansiyaların) kateqoriyalarının
müəyyən edilməsi
Meyarları”nın 9-cu hissəsində
“dayanacaqları” sözü
“duracaq yerləri” sözləri ilə əvəz edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.-
3 may.- S.5.