Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il 30 sentyabr tarixli 317 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil yollarının təhkim zolağının
ölçüləri”ndə dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 197
Bakı şəhəri, 1 may
2018-ci il
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2017-ci il
15 dekabr tarixli 950-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 31
yanvar tarixli 3613 nömrəli Sərəncamının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il 30 sentyabr tarixli 317
nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2014, ¹ 10, maddə 1288; 2015, ¹ 6, maddə 777) ilə təsdiq edilmiş “Avtomobil yollarının təhkim zolağının
ölçüləri”nin 1.2-ci bəndində “dayanacaqlar”
sözü “ümumi istifadədə olan nəqliyyat vasitələrinin
dayanacaq məntəqələri,
taksi minik avtomobillərinin duracaq yerləri, parklanma yerləri” sözləri ilə əvəz edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.- 3
may.- S.5.