Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 8 fevral tarixli 44 nömrəli qərarı
ilə təsdiq edilmiş “Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə
altında və ya yolların kənarı boyunca yerləşən mövcud
mühəndis-kommunikasiya təminatı
sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması Qaydası”nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 200
Bakı şəhəri, 2 may 2018-ci il
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 8 fevral tarixli 44 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, ¹ 2, maddə 297) ilə
təsdiq edilmiş “Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların
kənarı boyunca yerləşən mövcud
mühəndis-kommunikasiya təminatı
sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması Qaydası”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1.
1.3-cü bənddən “, yerli
icra hakimiyyəti orqanlarının” sözləri
çıxarılsın.
2. 1.5-ci bənd üzrə:
2.1. birinci cümləyə “dəyişdirilməsi” sözündən
əvvəl “inşası,”
sözü, “təmiri”
sözündən əvvəl
isə “əsaslı”
sözü əlavə
edilsin;
2.2. ikinci cümlə
aşağıdakı redaksiyada
verilsin:
“Azərbaycan Respublikasının
Şəhərsalma və
Tikinti Məcəlləsinin
79.1.8-ci maddəsində nəzərdə
tutulmuş hallar istisna olmaqla, bu işlər Azərbaycan Respublikasının
Şəhərsalma və
Tikinti Məcəlləsi
ilə müəyyən
edilmiş qaydada yerinə yetirilir.”.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.- 4 may.- S.4.