“Tərcümə Mərkəzinin
Nizamnaməsi”nin təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 201
Bakı şəhəri,
3 may 2018-ci il
“Tərcümə Mərkəzinin fəaliyyətinin
təmin edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 28 fevral tarixli 1847 nömrəli Fərmanının
2.3-cü bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
“Tərcümə Mərkəzinin Nizamnaməsi” təsdiq
edilsin (əlavə olunur).
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri
Qeyd: Qərara edilmiş əlavələrin
tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com
saytlarında tanış ola bilərsiniz.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il
3 may
tarixli 201 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Tərcümə Mərkəzinin
NİZAMNAMƏSİ
Ümumi müddəalar
Tərcümə Mərkəzi (bundan sonra – Mərkəz)
Azərbaycan Respublikasının dövlət dilindən
(bundan sonra – dövlət dili) düzgün istifadə və tərcümə
işinin mərkəzləşdirilmiş qaydada təşkilini
və tənzimlənməsini, Azərbaycan ədəbiyyatının
beynəlxalq aləmdə, xarici ədəbiyyatın Azərbaycanda
tanıdılmasını və təbliğini həyata
keçirən publik hüquqi şəxsdir.
Mərkəz
öz fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələri,
Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni,
Azərbaycan Respublikası Prezidentinin digər fərman və
sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərar və sərəncamlarını, digər
normativ hüquqi aktları rəhbər tutur.
Mərkəz öz vəzifələrini yerinə yetirərkən
və hüquqlarını həyata keçirərkən
dövlət və yerli özünüidarəetmə
orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları,
digər hüquqi və fiziki şəxslərlə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərir.
Mərkəz müstəqil balansa, istifadəsində
olan dövlət əmlakına, xəzinə və bank
hesablarına, öz adı həkk olunan möhürə,
müvafiq ştamplara və blanklara malikdir.
1.5. Mərkəz
ümumdövlət və ictimai əhəmiyyət
daşıyan fəaliyyətlə məşğul olur. Mərkəz
bu Nizamnamə ilə qarşıya qoyulmuş məqsədlərə
nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə
məşğul ola bilər.
1.6. Qanuna
uyğun olaraq, Mərkəzin əqdlər bağlamaq, öz
adından əmlak və qeyri-əmlak hüquqları əldə
etmək və həyata keçirmək hüququ, həmçinin
vəzifələri vardır, o, məhkəmədə
iddiaçı və ya cavabdeh qismində
çıxış edir.
1.7. Mərkəz Bakı şəhərində yerləşir.
2. Mərkəzin fəaliyyətinin məqsədi
və fəaliyyət istiqamətləri
2.1. Mərkəzin
fəaliyyətinin məqsədi dövlət dilindən
düzgün istifadə və tərcümə işinin mərkəzləşdirilmiş
qaydada təşkili və tənzimlənməsindən, Azərbaycan
ədəbiyyatının beynəlxalq aləmdə, xarici ədəbiyyatın
Azərbaycanda tanıdılmasından və təbliğindən
ibarətdir.
2.2. Mərkəzin
fəaliyyət istiqamətləri
aşağıdakılardır:
2.2.1. dövlət dilindən düzgün istifadə
və tərcümə işinin təkmilləşdirilməsi
ilə bağlı müvafiq tədbirlərin həyata
keçirilməsi;
“Tərcümə Mərkəzinin
Nizamnaməsi”nin təsdiq edilməsi
haqqında
2.2.2.
ictimai-siyasi, elmi-texniki, ədəbi-mədəni mübadilələrin
və beynəlxalq əlaqələrin dil və tərcümə
baxımından tənzimlənməsi və təkmilləşdirilməsi
üzrə müvafiq tədbirlərin həyata keçirilməsi;
2.2.3. tərcümə işinin mərkəzləşdirilmiş
qaydada aparılmasının təmin edilməsi, yüksək
ixtisaslı tərcüməçi kadrların
hazırlanmasının təşkili;
2.2.4. Azərbaycan
ədəbiyyatının beynəlxalq aləmdə, xarici ədəbiyyatın
Azərbaycanda tanıdılması və təbliğinin təmin
edilməsi, Azərbaycan və xarici ədəbiyyatın
aparıcı nümunələrinin müvafiq olaraq xarici dillərə
və dövlət dilinə tərcümə edilməsi və
nəşri;
2.2.5. tərcümə olunan materiallarda dövlət
dilinin düzgün işlənməsi, elmi, texniki, tibbi,
hüquqi və digər sahələrdə tərcümə
prosesinin təşkili və təkmilləşdirilməsi
üzrə tədbirlərin yerinə yetirilməsinə nəzarətin
həyata keçirilməsi.
3. Mərkəzin
vəzifələri
3.0. Mərkəz
bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət
istiqamətlərinə uyğun olaraq, aşağıdakı
vəzifələri yerinə yetirir:
3.0.1. dövlət proqramlarının və
inkişaf konsepsiyalarının hazırlanmasında və həyata
keçirilməsində iştirak edir;
3.0.2. tərcümə sənətinin
inkişafının elmi araşdırılmasını və
ümumiləşdirilməsini aparır;
3.0.3. tərcümə işinin mərkəzləşdirilmiş
qaydada aparılmasının təmin edilməsi üzrə tədbirlər
həyata keçirir;
3.0.4. dövlət dilindən düzgün istifadə
məqsədi ilə müvafiq ədəbiyyatların və
sözlüklərin hazırlanmasını təşkil edir;
3.0.5. ölkə üzrə elmi, texniki, tibbi,
hüquqi və digər sahələrdə tərcümə
prosesini təşkil edir;
3.0.6. büdcə təşkilatlarının
müraciətləri əsasında tərcümə prosesini
təşkil edir, tərcümə olunmuş materialların
ekspertizasını həyata keçirir;
3.0.7.
dünya ədəbiyyatının Azərbaycanda, Azərbaycan
ədəbiyyatının beynəlxalq aləmdə
tanıdılması və təbliği işini həyata
keçirir, Azərbaycan və xarici ədəbiyyatın
aparıcı nümunələrinin müvafiq olaraq xarici dillərə
və dövlət dilinə tərcümə edir, onları nəşr
edir, habelə bu məqsədlə xaricdə fəaliyyət
göstərən müvafiq qurumlarla və təşkilatlarla
əməkdaşlıq edir;
3.0.8. dövlət və yerli özünüidarəetmə
orqanları ilə, hüquqi və fiziki şəxslərlə
qarşılıqlı əlaqələr qurulmasını təmin
edir;
3.0.9. tərcüməni peşəkar tərcüməçilərlə
və bilavasitə tərcümə sahəsində
ixtisaslaşmış təşkilatlarla sıx əməkdaşlıq
çərçivəsində təşkil edir;
3.0.10. tərcümə sahəsində kadr
hazırlığını təmin edir, mütəxəssislərin
hazırlanması və əlavə təhsili
üçün tədbirlər görür;
3.0.11. Azərbaycanda
və xaricdə fəaliyyət göstərən tərcüməçi
mütəxəssislərin məlumat bazasını
aparır;
3.0.12. dövlət dilinin əhəmiyyətini
geniş təbliğ edir;
3.0.13. tərcümə standartlarına dair tövsiyələr
hazırlayır;
3.0.14. tərcüməsini təşkil etdiyi
materialların kağız və elektron
daşıyıcılarından ibarət fond yaradır;
3.0.15. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun olaraq həmin
müqavilələrin həyata keçirilməsini təmin
edir;
3.0.16. qabaqcıl beynəlxalq təcrübəni nəzərə
almaqla elmi-texniki nailiyyətlərin tətbiqini təmin edir;
3.0.17. Mərkəzə
ayrılan büdcə vəsaitindən, kreditlərdən,
qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı
üzrə səmərəli istifadə olunmasını təmin
edir;
3.0.18. dövlət sirrinin və məxfilik rejiminin
qorunması üçün zəruri tədbirlər
görür;
3.0.19.
öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını,
internet saytının yaradılmasını, malik olduğu və
siyahısı “İnformasiya əldə etmək haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin
saytda yerləşdirilməsini və bu informasiyanın daim
yenilənməsini təmin edir;
3.0.20. Mərkəzin
strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi
istiqamətində tədbirlər görür;
3.0.21. Mərkəzin
fəaliyyəti ilə bağlı daxil olan ərizə və
şikayətlərə baxır və müvafiq tədbirlər
görür;
4. Mərkəzin
hüquqları
4.0. Mərkəz
öz vəzifələrini yerinə yetirmək
üçün aşağıdakı hüquqlara malikdir:
4.0.1. Mərkəzin
fəaliyyəti ilə bağlı normativ hüquqi və
qeyri-normativ hüquqi aktların layihələrini
hazırlamaq, yaxud onların hazırlanmasında iştirak etmək;
4.0.2. sifariş əsasında tərcümə xidmətləri
göstərmək, tərcümə olunmuş
materialların ekspertizasını həyata keçirmək;
4.0.3. qəzet, jurnal, xüsusi bülleten və digər
nəşrlər buraxmaq;
4.0.4. dövlət və yerli özünüidarəetmə
orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri
məlumatlar (sənədlər) barədə sorğular vermək
və onlardan belə məlumatları (sənədləri)
almaq;
4.0.5. fəaliyyət istiqamətlərinə uyğun
rəy vermək, təhlil və ümumiləşdirmələr
aparmaq, analitik materiallar hazırlamaq, təkliflər vermək;
4.0.6. bu Nizamnaməyə uyğun olaraq, təsərrüfat
cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;
4.0.7. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun olaraq,
müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin
aidiyyəti qurumları ilə əməkdaşlıq etmək,
fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq təcrübəni
öyrənmək;
4.0.8. tərcümə sahəsi üzrə müxtəlif
formatlı müsabiqələr keçirmək;
4.0.9. müqavilə əsasında fəaliyyətinə
ekspertlər və mütəxəssislər cəlb etmək;
4.0.10. tərcümə sahəsinin təkmilləşdirilməsinə
və inkişafına dair konfranslar, simpoziumlar, müşavirələr
və seminarlar təşkil etmək;
4.0.11. tərcümə
işinin nəzəri və praktiki məsələlərinə
dair metodiki vəsaitlər hazırlamaq və nəşr etmək;
5. Mərkəzin
idarə olunması
5.1. Mərkəzin idarəetmə
orqanı onun İdarə Heyətidir.
5.2.
İdarə Heyəti Mərkəzə rəhbərliyi və
nəzarəti həyata keçirir. İdarə
Heyətinin tərkibi üç nəfərdən - Azərbaycan
Respublikasının Prezidenti tərəfindən vəzifəyə
təyin və vəzifədən azad edilən İdarə
Heyətinin sədrindən və Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən vəzifəyə
təyin və vəzifədən azad edilən digər iki
üzvdən ibarətdir. İdarə Heyəti üzvlərinin
səlahiyyət müddəti 5 (beş)
ildir.
5.3.
İdarə Heyətinin sədri müvəqqəti
olmadıqda, onun səlahiyyətlərinin icrasını
İdarə Heyəti sədrinin müəyyən etdiyi
İdarə Heyətinin digər üzvü həyata
keçirir.
5.4. İdarə
Heyəti aşağıdakı vəzifələri yerinə
yetirir:
5.4.1. Mərkəzin
inkişaf istiqamətlərini müəyyən edir;
5.4.2. təsisçinin səlahiyyətlərini həyata
keçirmək üçün Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təkliflər
verir və sənədlər təqdim edir;
5.4.3. Mərkəzin
fəaliyyətinə dair illik hesabat hazırlayaraq Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim edir;
5.4.4. Mərkəzin
fəaliyyətinin təkmilləşdirilməsi ilə
bağlı hüquqi aktların layihələrinə
baxır, həmin layihələri aidiyyəti dövlət
orqanlarına və qurumlarına təqdim edir;
5.4.5. bu Nizamnamənin 3.0.17-ci yarımbəndində
nəzərdə tutulmuş vəsaitdən təyinatı
üzrə səmərəli istifadə olunmasını təmin
edir;
5.4.6.
İdarə Heyəti üzvlərinin müraciətlərinə
baxır və qərar qəbul edir;
5.4.7. Mərkəzin
fəaliyyətinə dair daxili qaydaları, habelə
Aparatının struktur bölmələrinin, idarə, filial və
nümayəndəliklərinin əsasnamələrini təsdiq
edir;
5.4.8. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin razılığı ilə
Mərkəzin xalis aktivlərinin dəyərinin 25 faizindən
artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli
əqdin) və aidiyyəti şəxslə dəyəri
aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil
edən əqdin bağlanılması haqqında qərar qəbul
edir;
5.4.9. aidiyyəti şəxslə dəyəri Mərkəzin
aktivlərinin 5 faizədək hissəsini təşkil edən
əqdin bağlanılması haqqında qərar qəbul
edir;
5.4.10. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin razılığı ilə
Mərkəzin təsərrüfat cəmiyyətlərinin
yaradılması və ya onlarda iştirak barədə, həmçinin
idarə, filial və nümayəndəliklərinin yaradılması
barədə qərar qəbul edir;
5.4.11. müəyyən edilmiş struktur, əməkhaqqı
fondu və işçilərin say həddi daxilində Mərkəzin
Aparatının və qurumlarının strukturunu, ştat cədvəlini
və onların xərclər smetasını təsdiq edir;
5.4.12. Mərkəzin
kənar auditorunu təyin edir və audit hesabatını qəbul
edir;
5.4.13. kənar auditorun yoxlamalarının, habelə
digər yoxlamaların nəticələrinə dair tədbirlər
görür;
5.4.14.
İdarə Heyətinin və əməkdaşların fəaliyyəti
zamanı maraqlar münaqişəsinin istisna olunmasının
qayda və şərtlərini müəyyənləşdirir
və onların icrasına nəzarət edir;
5.5. İdarə Heyətinin
iclasları ayda bir dəfədən az
olmayaraq çağırılır. İdarə
Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü
ilə İdarə Heyətinin üzvü
çıxış edir. İdarə Heyətinin
iclasları İdarə Heyəti üzvlərinin ən
azı ikisi iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasları müvafiq qaydada
protokollaşdırılır və müzakirə edilmiş
məsələlər üzrə qərarlar qəbul edilir.
İdarə Heyətinin iclasında, hər
üzv bir səsə malik olmaqla, qərarlar sadə səs
çoxluğu ilə qəbul edilir. Səslərin
sayı bərabər bölünərsə, İdarə Heyəti
sədrinin (və ya onu əvəz edən İdarə Heyəti
digər üzvünün) səsi həlledici sayılır.
Səsvermə zamanı üzvlərin bitərəf
qalmasına icazə verilmir.
5.6.
İdarə Heyətinin sədri:
5.6.1. Mərkəzin
fəaliyyətinə rəhbərlik edir və onu təmsil
edir;
5.6.2. Mərkəzin
fəaliyyətinin təşkili ilə əlaqədar
icrası məcburi olan daxili sərəncam və əmrlər
verir;
5.6.3. Mərkəzin
fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş
aktların icrasını təşkil edir, yoxlayır və
buna nəzarəti həyata keçirir;
5.6.4. bu
Nizamnamə ilə müəyyən edilmiş hallar istisna
olmaqla, Mərkəzin, o cümlədən onun idarə, filial
və nümayəndəliklərinin işçilərinin, həmçinin
təsərrüfat cəmiyyətlərinin rəhbərlərinin
və onların müavinlərinin vəzifəyə təyin
və vəzifədən azad edilməsi, onlar barəsində
həvəsləndirmə və intizam tənbehi tədbirlərinin
görülməsi barədə qərarlar qəbul edir;
5.6.5. bu Nizamnamə ilə müəyyən
olunmuş səlahiyyətlər çərçivəsində
Mərkəzin adından əməliyyatlar aparır,
müqavilələr bağlayır və onların yerinə
yetirilməsini təmin edir;
5.6.6. Mərkəzin
işçilərinin əməyinin ödənilməsini və
onların peşəkarlıq səviyyəsinin
artırılmasını təşkil edir;
5.6.7.
İdarə Heyətinin fəaliyyətini təşkil edir,
iclaslarının gündəliyini müəyyənləşdirir
və iclaslarına sədrlik edir;
5.6.8. öz təşəbbüsü və ya
İdarə Heyətinin digər üzvünün təşəbbüsü
ilə İdarə Heyətinin iclaslarını
çağırır;
5.6.9. öz təşəbbüsü və ya
İdarə Heyətinin digər üzvünün müraciəti
əsasında digər şəxsləri İdarə Heyətinin
iclasında iştirak etməyə dəvət edir;
5.6.10. Mərkəzin
əmlakından bu Nizamnamədə nəzərdə
tutulmuş məqsədlərə uyğun istifadə
olunmasına nəzarət edir;
5.6.11. Mərkəzin
vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını
ləğv edir;
5.6.12. Mərkəzin
kargüzarlıq və arxiv işlərinin
aparılmasını təmin edir;
5.6.13. Mərkəzin
fəaliyyət istiqamətləri üzrə dövlət
sirrinin və məxfilik rejiminin qorunması və təhlükəsizliyin
təmin olunması üçün zəruri tədbirlər
görür;
5.6.14. Mərkəzin
fəaliyyəti ilə bağlı qəbul olunmuş qərarlar
haqqında ictimaiyyəti məlumatlandırır, onların
icrası ilə əlaqədar müvafiq tədbirlər
görür;
5.6.15. Mərkəzin
fəaliyyətini əks etdirən materialların mətbuatda
dərc olunmasını təmin edir;
5.6.16. Mərkəzdə
vətəndaşların qəbulunu və müraciətlərinə
baxılmasını təmin edir;
5.6.17.
İdarə Heyətinin fəaliyyətinin təşkili ilə
bağlı digər tədbirlər görür.
5.7.
İdarə Heyətinin üzvləri:
5.7.1.
İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin
həllində iştirak edirlər;
5.7.2.
İdarə Heyətinin iclasının gündəliyi ilə
və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən
tanış olurlar;
5.7.3.
İdarə Heyətinin qəbul ediləcək qərarlarına
dair fikir bildirirlər;
5.7.4.
İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə
İdarə Heyətinin iclaslarında baxılması barədə
təkliflər verirlər;
5.7.5.
İdarə Heyətinin qərarları, iclas protokolları və
digər sənədlərlə tanış
olurlar.
5.8. Mərkəz öz
fəaliyyətində və idarəçiliyində mütərəqqi
korporativ idarəetmə standartlarını tətbiq edir.
6. Mərkəzin
nizamnamə fondu və əmlakı
6.1. Mərkəzin
nizamnamə fondu 1.500.000 (bir milyon beş
yüz min) manatdır.
6.2. Mərkəzin
əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər
əmlakdan, habelə dövlət büdcəsindən
ayrılan vəsaitdən, fəaliyyətindən əldə
edilmiş gəlirlərdən, ianələrdən,
qrantlardan, cəlb olunan investisiyalardan və qanunla qadağan
edilməyən digər vəsaitlərdən
formalaşır.
6.3. Mərkəz
əmlakından yalnız bu Nizamnamə ilə müəyyən
olunmuş məqsədlərə uyğun istifadə edir. Mərkəz istifadəsində olan dövlət əmlakına
münasibətdə səlahiyyətlərini qanunvericilikdə
nəzərdə tutulmuş qaydada həyata keçirir.
6.4. Mərkəz
qanunda nəzərdə tutulmuş vergiləri və digər
məcburi ödənişləri müəyyən edilmiş
qaydada ödədikdən sonra Mərkəzin, onun təsərrüfat
cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin
fəaliyyətindən əldə edilmiş mənfəəti
üzərində müstəqil sərəncam vermək
hüququna malikdir.
6.5. Mərkəzin
məhsullarının (mallarının, işlərinin, xidmətlərinin)
qiymətləri tənzimlənən qiymətlərə
aiddir.
6.6. Mərkəz
sərəncamında olan vəsaitdən bu Nizamnaməyə
uyğun olaraq, Mərkəzin xərclər smetası əsasında
istifadə edir.
7. Mərkəzin
fəaliyyətinə nəzarətin forması və əhatə
dairəsi
7.1. Mərkəzin
fəaliyyətinə nəzarəti təsisçinin səlahiyyətləri
çərçivəsində Azərbaycan
Respublikasının Nazirlər Kabineti həyata keçirirlər.
7.2. Mərkəzin
fəaliyyətinə dair illik hesabat Azərbaycan
Respublikasının Prezidentinə təqdim edilir.
8. Mərkəzdə
uçot və hesabat
8.1. Mərkəz
“Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə publik hüquqi şəxslər
üçün müəyyən edilmiş qaydada
mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib,
təqdim və dərc edir.
8.2. Mərkəz
“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq statistik uçot aparır, statistik
hesabatları tərtib və təqdim edir.
8.3. Mərkəz
idarə, filial, nümayəndəlik və təsərrüfat
cəmiyyətlərinin, həmçinin tabeliyində olan digər
qurumların maliyyə-təsərrüfat fəaliyyətinin
yoxlanılmasını təmin edir.
8.4. Mərkəz
öz fəaliyyətinin müstəqil surətdə
yoxlanılması üçün kənar auditor cəlb edir.
9. Mərkəzin
yenidən təşkili və ləğvi
9.1. Mərkəzin
yenidən təşkili və ləğvi Azərbaycan
Respublikasının Prezidenti tərəfindən həyata
keçirilir.
9.2. Mərkəz
ləğv edildikdə, onun əmlakına Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə uyğun
olaraq sərəncam verilir.
Qeyd. Bu
Nizamnamədə dəyişikliklər Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının
hazırlanması və qəbul edilməsi qaydası
haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə
bilər.
Xalq qəzeti.- 2018.- 4 may.- S.4.