“Müdafiəçilərə,
tərcüməçilərə, mütəxəssislərə və
ekspertlərə ödənilməli
olan məbləğlərin
miqdarı haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
№ 202
Bakı şəhəri,
3 may 2018-ci il
“Azərbaycan Respublikasında
vəkilliyin inkişafı
ilə bağlı əlavə tədbirlər
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 22 fevral tarixli 3707 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
“Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və
ekspertlərə ödənilməli
olan məbləğlərin
miqdarı haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001, № 2, maddə 110, № 7, maddə
512; 2002, № 9, maddə 580; 2005, № 6, maddə 559; 2006, № 8, maddə
730; 2009, № 9, maddə 755; 2010, № 1, maddə 67; 2016, № 12, maddə
2230; Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 21 fevral tarixli 59 nömrəli qərarı)
1-ci hissəsində “2” rəqəmi
“ 6” rəqəmi ilə
əvəz edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.- 4
may.- S.4.