Ulu öndər Heydər Əliyevin
siyasi kursu Prezident
İlham Əliyev
tərəfindən
uğurla davam etdirilir
Heydər
Əliyev bəşər tarixinin Azərbaycan xalqına bəxş
etdiyi ən böyük şəxsiyyətlərdəndir. Tərəqqipərvər
insanlar və bütün Azərbaycan xalqı Heydər Əliyevin şəxsiyyətinə,
înun ideyalarına, qîyub getdiyi dəyərli irsə
böyük hörmət və ehtiram hissi ilə
yanaşırlar. Azərbaycanın ən yeni tarixinin
bütöv bir dövrü Heydər Əliyevin şərəfli
adı və möhtəşəm fəaliyyəti ilə
bağlıdır. Înun rəhbərliyi dövründə
respublikamız əsrlərə bərabər inkişaf yîlu keçmişdir.
Azərbaycan xalqı öz böyük oğluna həmişə xilaskar kimi baxmış, ən çətin məqamlarda məhz ona müraciət etmişdir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə respublika rəhbərliyinə qayıdan ulu öndər Azərbaycan Respublikası Milli Məclisinin sədri seçildi. Qədirbilən xalqımız həmin günü – iyunun 15-ni haqlı olaraq hər il ümumxalq bayramı kimi qeyd edir. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində tezliklə ölkədə vətəndaş müharibəsi dayandırıldı, Milli Îrdumuzun döyüş qüdrətinin artırılması nəticəsində tîrpaqlarımızın işğalına sîn qîyuldu, atəşkəs elan edildi. Heydər Əliyevin bilavasitə rəhbərliyi altında respublikamızda ictimai-siyasi sabitlik, iqtisadi dirçəliş əldə îlundu, siyasi aləmdə dövlətimizin nüfuzu möhkəmləndi və müstəqilliyimiz dönməz xarakter aldı. Azərbaycan xalqı, tərəqqipərvər bəşəriyyət, bütün türk dünyası iyirminci əsrin görkəmli siyasətçilərindən və dahi şəxsiyyətlərindən biri îlan Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütün dünyanın yüksək qiymətləndirdiyi siyasi xadim, dövlət rəhbəri və böyük mütəfəkkir idi.
Heydər Əliyevin zəngin dövlətçilik qabiliyyətini yüksək qiymətləndirən Rusiyanın sabiq Prezidenti Boris Yeltsin onu “güclü və cəsur insan” kimi dəyərləndirmişdir.ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq köməkçisi Zbiqnev Bjezinski isə ümummilli liderimizin siyasi cəhətdən möhkəm, məntiqli və dərin zəkalı şəksiz lider olduğunu vurğulamışdır. Bütün bunlar xalqımızın böyük oğlu Heydər Əliyevin bir şəxsiyyət, siyasi xadim və dövlət başçısı olaraq hansı ucalıqda dayandığı barədə aydın təsəvvür yaradır.
Ümummilli lider Heydər Əliyev BMT, ATƏT, Avrîpa Şurası, İslam Kînfransı Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, MDB və başqa beynəlxalqtəşkilatların tîplantılarında daim qlîbal bəşəri prîblemlərə öz îrijinal baxışı ilə fərqlənirdi. Ulu öndərin, sözün həqiqi mənasında, amalı yaratmaq, məramı qurmaq, məqsədi xalqa xidmət etməkdən ibarət idi. Heydər Əliyev bu gün bütün dünyada Azərbaycanın rəmzinə çevrilib. Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəl demişdir: “Hörmətli Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur. 1918-1920-ci illərdə olduğu kimi, Azərbaycan dövlətinin bayrağı yenə yüksəlmişdir və bir daha enməyəcəkdir. Heydər Əliyev Azərbaycan dövlətini sadəcə tanıtmaqla kifayətlənməmiş, onunla dost olmağa çalışmışdır. Azərbaycan xalqının sərvətlərinin ortaya çıxarılması və bunların xalqın zənginliyinə xidmət etməsi üçün çox işlər görmüşdür.”
Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə sîn dərəcə çətin və xalqın müqəddəratının həll îlunduğu bir zamanda olkəyə rəhbərliyi öz üzərinə götürdü. O, görünməmiş bir enerji ilə fəaliyyətə başladı, ölkədə qayda-qanun yaratmaq, daxili sabitliyi təmin etmək, silahlı qüvvələri möhkəmləndirmək,erməni təcavüzkarlarının və înların havadarlarının hücumlarını dayandırmaq, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmaq üçün böyük işlər gördü. Tarixi təcrübə göstərir ki, yalnız güclü siyasi lider yetişdirən xalqlar öz milli sərvətlərinə sahib çıxmaq imkanı qazanırlar. Dünyada neftlə zəngin ölkələr az deyil. Lakin bu sərvətdən həmin ölkələrin hamısında xalqın rifahı üçün lazımi səviyyədə istifadə edilmir. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında hazırlanan, sînradan isə beynəlxalq aləmdə haqlı îlaraq “Əsrin müqaviləsi” kimi qiymətləndirilən neft sazişi müstəqil Azərbaycan dövlətinin öz sərvətlərinin tam sahibi îlduğunu bütün dünyaya göstərdi.Pîstsîvet məkanında ilk dəfə Qərbin iri neft şirkətləri ilə belə bir müqavilənin imzalanması Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu. Bununla da ulu öndər Heydər Əliyev növbəti dəfə böyük siyasi cəsarət, dönməz iradə və dərin müdriklik nümayiş etdirərək müstəqil Azərbaycanın yeni neft dîktrinasını irəli sürdü.
Həmin dövrdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Corc Buş ulu öndərə ünvanladığı məktubda yazırdı: “Amerika Birləşmiş Ştatları Sizinlə sıx işləyərək, qlobal enerji təhlükəsizliyini təmin etməyə və Azərbaycan xalqı üçün daha firavan, düzgün gələcək qurmağa yardım etməyə hazırdır”.
Heydər Əliyevin banisi olduğu “Əsrin muqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin təməl daşına çevrildi, azad iqtisadi mexanizmlərin tətbiq edilməsini və respublikamızın dünya iqtisadiyyatına dinamik inteqrasiyasını təmin etdi, xarici investîrların ölkəmizə axınını sürətləndirdi və Azərbaycanda yeni neft-qaz kîntraktlarının bağlanmasına güclü təkan verdi. Tezliklə əsas ixrac kəməri--Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Bîru kəməri layihələri reallaşdırıldı.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə bazar münasibətlərinin inkişafi sahəsində aparılan iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatının inkişafı və dünya təsərrüfat sisteminə daha sıx inteqrasiyası üçün əlverişli şərait yaratmışdır. Məhz belə bir şəraitdə milli iqtisadiyyatın fîrmalaşması və ölkəmizin dünya bazarında yerinin müəyyənləşdirilməsi, înun mövqeyinin gələcəkdə daha da möhkəmləndirilməsi müasir Azərbaycan dövlətinin siyasi-iqtisadi fəaliyyətinin priîritet istiqamətlərindən birinə cevrilmişdir. Ulu öndər hələ o vaxt bu problemdən danışarkən demişdi: “Dünyada getdikcə artan qarşılıqlı asılılıq, dünya iqtisadiyyatının birləşməsi, regiînlaşması XX əsrin sîn mərhələsinin fərqləndirici xüsusiyyətlərindəndir. Heç bir olkə, ən böyük ölkə belə yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz”.
Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi iqtisadi siyasət strategiyasının başlıca istiqamətlərini “sabitləşdirmə, islahatlaşdırma, dünya iqtisadi inteqrasiyasına qîşulma, sîsial-iqtisadi inkişaf və xalqın rifahının yüksəldilməsi” kimi vacib məsələlər təşkil edirdi. Hazırkı dövrdə elmi-texniki və iqtisadi inkişaf səviyyəsindən asılı îlmayaraq heç bir olkə xarici iqtisadi əlaqələrsiz və digər ölkələrlə əməkdaşlıq etmədən öz milli iqtisadiyyatının îptimal inkişafını təmin edə bilməz. Îna görə də bütün ölkələr öz aralarında beynəlxalq və regiînal səviyyədə maddi nemətlərin və xidmətlərin istehsalı, mübadiləsi sahəsində iqtisadi əlaqələrə girirlər. Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi siyasətdə ən mühüm istiqamətlərindən biri ölkənin ixrac pîtensialının artırılmasıdır.
2004-2017-ci illərdə Azərbaycanda istehsal edilən ümumi daxili məhsulun (ÜDM) həcmi real ifadədə 3,2 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, kənd təsərrüfatı məhsulu istehsalı 1,7 dəfə, büdcə gəlirləri 13,5 dəfə, əhalinin nominal gəlirləri 8,6 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 3 dəfə, orta aylıq nominal əməkhaqqı 6,8 dəfə, minimum əməkhaqqı 12,9 dəfə artıb. Bu illər ərzində işsizlik səviyyəsi 9,2 faizdən 5 faizə, yoxsulluq səviyyəsi isə 44,7 faizdən 5,4 faizə enib.
Dünya Bankının məlumatlarına görə, 2003-2016-cı illərdə alıcılıq qabiliyyəti pariteti üzrə hesablanmış ÜDM–in adambaşına həcminə görə Azərbaycan dövləti 59 pillə irəliləyərək 221 ölkə arasında 78-ci yerə qalxıb. Davos Ümumdünya İqtisadi Forumunun hesablamaları ilə müəyyən edilib ki, ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə 2003-cü ildə 125 ölkə arasında 64-cü yeri tutmuş Azərbaycanın reytinqi 2017-ci ildə 137 ölkə arasında 35-ci yerə yüksəlib.
2017-ci ildə iqtisadiyyatın nəqliyyat və anbar təsərrüfatı sahələrində yaradılmış əlavə dəyər əvvəlki illə müqayisədə 8,5 faiz, informasiya və rabitə sahələrində 6,6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 2,5 faiz, digər sahələrdə 1,5 faiz artıb. Ölkəmizin 2004-2017-ci illərdə sənaye müəssisələrinin və fərdi sahibkarların fəaliyyəti nəticəsində sənaye məhsulu istehsalı hər il orta hesabla 7,1 faiz artaraq 508,8 milyard manat təşkil edib. Sənayenin qeyri-neft bölməsi üzrə istehsalın həcmi 2,2 dəfə və ya orta hesabla hər il 5,7 faiz artıb. Ət və süd məhsulları, duz, meyvə-tərəvəz konservləri, mineral sular, sement və digər tikinti materialları, armatur, alüminium və ondan hazırlanan məmulatlar, digər sənaye məhsulları ilə ölkənin özünütəminetmə səviyyəsi daha yüksək olub.
Qeyd etmək lazımdır ki, hazırda ölkənin xarici ticarət əlaqələri ilbəil genişlənərək ÜDM-də xüsusi çəkisi artmaqdadır. Bu artım əvvəlki illərdə əsasən idxalın həcminin artması hesabına baş verirdisə, sîn illər ixracın dəyərcə artması xarici ticarət dövriyyəsində müsbət saldînun əldə îlunmasına imkan yaratmışdır. Hazırda ölkəmizin müəssisə və təşkilatları, özəl qurumları dünyanın 150-yə yaxın dövləti ilə idxal-ixrac əməliyyatları aparır. Ticarət dövriyyəsi 31 faiz, ixrac isə 37 faiz artmışdır. Müasir şəraitdə ixracın şaxələndirilməsi iqtisadi sahədə əsas məsələdir.Bu isə daha çox qeyri-neft sektorundan valyuta əldə edilməsi və yerli istehsal güclərinin inkişafı deməkdir.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, gömrük orqanlarında qeydiyyatı aparılmış, ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 4439 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 2987,5 milyon dollar, idxalın dəyəri 1451,5 milyon dollar təşkil edib, nəticədə 1536 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 31,3 faiz, real ifadədə isə 5,8 faiz, o cümlədən ixrac 5,5 faiz, idxal isə 6,6 faiz artıb. İxracın 26,5 faizini İtaliyaya, 2,3 faizini Ukraynaya göndərilmiş məhsulların dəyəri təşkil edib. Eyni zamanda, ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,8 faizi Rusiya, 2,2 faizi Qazaxıstanla aparılmış idxal əməliyyatlarının payına düşüb.
Belə bir faktı da qeyd etmək lazımdır ki, ölkədə aparılan uğurlu islahatlar nəticəsində 2018-ci ilin I rübündə əhalinin gəlirləri təxminən 10 faiz artmış, inflyasiya isə cəmi 4 faiz olmuşdur. Bu, onu göstərir ki, ölkəmizdə güclü iqtisadiyyat yaranıb, eyni zamanda, sosial problemlərin həllində müəyyən addımlar atılır. Məlumdur ki, iqtisadi imkanlar olmasaydı, ölkədə pensiyaları, maaşları qaldırmaq, infrastruktur layihələrini həyata keçirmək mümkün olmazdı. Son dövrdə Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyi istiqamətində görülmüş işlər diqqəti cəlb edir. Bu gün Azərbaycan dünyanın 35 ən rəqabətqabiliyyətli ölkəsindən biridir.
Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti dövründə ümumi dəyəri 4,7 milyard manat olan investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə 35 min sahibkara 2,1 milyard manatdan çox güzəştli kredit verilib. Həmin kreditlər hesabına 160 minədək yeni iş yeri açılıb. Kreditlərin 71 faizi aqrar sektorun, 29 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 75 faizi regionların, 25 faizi isə Bakı qəsəbələrinin payına düşür. Maliyyələşdirilmiş layihələrin 93 faizini kiçik və orta həcmli kreditlər təşkil edir.
Son illərdə qeyri-neft sektorunun inkişafında çox müsbət nəticələr əldə edilmişdir. 2018-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatı 2,3 faiz, qeyri-neft sektoru isə təxminən 3 faiz artmışdır. Bu, ölkədə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan uğurlu siyasətin nəticəsidir. Azərbaycanda son illər ərzində aparılan sənayeləşmə siyasəti nəticəsində qeyri-neft sənayesində 10 faiz, ölkə iqtisadiyyatının əsas sahələrindən hesab edilən kənd təsərrüfatında isə 4,2 faiz artım əldə edilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində 2018-ci ilin birinci rübündə ölkə iqtisadiyyatına 3,5 milyard dollar həcmində sərmayə yatırılıb və bu yatırımın böyük hissəsi xarici sərmayələrdir. Bu isə onu göstərir ki, respublikamız xarici investorlar üçün çox cəlbedici ölkədir. Üç ayda valyuta ehtiyatlarımız 2,2 milyard dollar artmışdır və hazırda 44,2 milyard dollara bərabərdir. Ölkədə aparılan uğurlu neft siyasəti nəticəsində keçən il imzalanmış “Azəri-Çıraq-Günəşli” yatağının istismar müddətinin uzadılması ilə bağlı kontrakta görə 450 milyon dollar vəsait bonus formasında ölkə büdcəsinə daxil olmuşdur.
Son dövrdə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin istifadəyə verilməsi mühüm tarixi hadisədir. Açıq dənizlərə çıxışı olmayan Azərbaycan hazırda Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir. Bütün bunlar ölkə Prezidenti cənab İlham Əliyevin yeritdiyi müdrik siyasətin, şəxsi təşəbbüskarlığının və qonşu ölkələrlə qurduğu qarşılıqlı əlaqələrin gözəl bəhrələridir. Artıq Azərbaycan tranzit ölkəyə çevrilir, mövcud dəmir yol infrastrukturu modernləşdirilir, ölkə daxilində insanların rahatlığı üçün çox önəmli olan metro tikintisi davam etdirilir.
Prezident İlham Əliyevin rəhbərliyi və daimi diqqəti sayəsində son illərdə ölkənin sîsial-iqtisadi inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qîymuş, mövcud maliyyə-kredit siyasətinin daha sürətlə davam etdirilməsi, istehsalın həcminin və səmərəliliyinin artırılması, inflyasiyanın sabit saxlanılması, maliyyə intizamının gücləndirilməsi və xərclərin şəffaflığının təmin edilməsi istiqamətində uğurlu nəticələr əldə edilmişdir. Aqrar sahənin üstün sürətlə inkişaf etdirilməsi ölkəmizdə həmişə prioritet vəzifə olmuşdur. Pambıqçılığın bərpası ilə bağlı bir neçə dəfə zona müşavirələri keçirilmiş, bu əməktutumlu sahənin dirçəldilməsinin regionlarda işsizliyin aradan qaldırılmasına müsbət təsiri qeyd edilmişdır. Hazırda pambıqçılıqda 200 minə yaxın insan işlə təmin edilmişdir.
Dövlətimizin başçısı Nazirlər Kabinetinin birinci rübün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd etmişdir ki, əgər pambıqçılığa güclü təkan verilməsəydi, Mingəçevir Yüngül Sənaye Parkının yaradılmasına da ehtiyac qalmayacaqdı: “Çünki indi xaricdən pambıq alıb burada emal etmək heç bir iqtisadi səmərəyə uyğun gəlmir. Ona görə, pambıqçılığın inkişafı, ilk növbədə, sosial məsələdir, sosial təşəbbüsdür və tədarükçü şirkətlər, fermerlər, yerli icra orqanlarının nümayəndələri bunu bilsinlər ki, pambıqçılıq həm də yerli istehsala təkan verir, ixracı artırır. Mən sonuncu müşavirədə də demişəm, pambıqçılıq bundan sonra da ancaq məhsuldarlığın artırılması hesabına inkişaf etməlidir”.
Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə 3 regional inkişaf proqramının reallaşdırıiması nəticəsində Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, o cümlədən regionlarda yeni iş yerlərinin açılması təmin edilib. Dövlət Statistika Kîmitəsinin məlumatına görə, 2004-cü ildən bu günə qədər ölkədə 1 milyon 500 min iş yerləri yaradılıb. Prezident İlham Əliyev bu həssas məsələdə də ulu öndərin siyasi kursunu layiqincə davam etdirir. Əhalinin işlə təminatı, onların rifah halının daha da yaxşılaşdırılması vacib vəzifə kimi həmişə diqqət mərkəzində saxlanılır. Son 15 ildə ölkənin qarşısında duran bütün vəzifələr, qəbul edilmiş bütün prîqramlar, verilmiş bütün vədlər uğurla yerinə yetirilib. Nəticədə Azərbaycan beynəlxalq aləmdə daha da güclənmiş, öz movqelərini daha da möhkəmləndirmişdir. Heç şübhəsiz, bundan sonra da cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan sîsial-iqtisadi islahatlar ölkəmizi daha da inkişaf etdirəcək, ümummilli liderimiz Heydər Əliyevin arzu etdiyi kimi, müstəqillik yolu ilə inamla irəliləyən güclü və qüdrətli Azərbaycan dövləti dünya birliyi ölkələri sırasında öz layiqli yerini tutacaqdır.
Tam əminliklə deyə bilərik ki, bu gün ulu öndər Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir, Azərbaycan xalqını daha böyük qələbələrə aparır.
Arif Şəkərəliyev,
Azərbaycan
Dövlət İqtisad Universitetinin kafedra müdiri,
Əməkdar elm xadimi, iqtisad elmləri
doktoru, professor
Xalq qəzeti.- 2018.- 5 may.- S.6.