Ulu öndərlə görüşün
unudulmaz təəssüratı
Həyatda elə
hadisələr olur ki, bütün ömrün boyu yaddaşdan silinmir və o unudulmaz
anları tez-tez xatırlayır, hafizəndə
canlandırırsan. Bu günlərdə yolum Cəlilabada
düşmüşdü. Abadlıq, quruculuq işləri məni
məftun etdi. Ayaq saxladım, ulu öndər Heydər
Əliyevin rayon mərkəzində gül-çiçəyə
qərq olmuş xiyabanda ucaldılmış möhtəşəm
heykəlini ziyarət edib, önündə baş əydim.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı digər rayonlarımızda olduğu kimi, Cəlilabadın da simasını dəyişdirib. Abadlaşdırılmış, asfaltlanmış küçələr, meydançalar, xiyabanlar göz oxşayır. Kəndarası yollar təmir olunur, rayonda yeni iş yerləri açılır, fermerlər, iş adamları üçün hərtərəfli şərait yaradılır. Rayon mərkəzində yaşayış evləri, yeni məktəblər inşa olunur, köhnələri təmir edilir. Hər addımında yeniliyin və tərəqqinin şahidi olursan...
Ümummilli liderimizin abidəsi önündə bir qədər fikrə daldım.
Ulu öndər Heydər Əlirza oğlu Əliyev! Taix boyu əbədi anılacaq görkəmli və nəhəng bir şəxsiyyət! Həmişə həyatı bahasına, Vətəni və milləti naminə qeyri-adi işlər görmüş, möcüzələr yaratmış bir insan! Millətin iftixarı, müdrik siyasətçi, misilsiz, unudulmaz xidmətiylə sevilən dahi, təkrarolunmaz bir düha! Müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı!
Xəyal məni 36 il əvvələ – Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi kimi Cəlilabadda olarkən onun qəbulunda olduğum, yaddaşımdan silinməyən anlara apardı.
1982-ci ilin yay ayları idi, Azərbaycan Yazıçılar İttifaqında ədəbi jurnalın şöbə müdiri vəzifəsində çalışırdım. Heydər Əliyevin səfərə çıxdığı hökumət qatarı ilə Xanlar, Göygöl və Cəlilabad rayonları üzümçülərinin zona müşavirəsinə mənim də gedəcəyimi bildirmişdilər. Elə bu dəm xəyalən 5 il əvvəli xatırladım. 1977-ci ilin əvvəlləri idi. Azərbaycan Yazıçılar Birliyinin orqanı, ermənicə “Krakan Azərbaycan” (“Ədəbi Azərbaycan”) jurnalında erməni müəllifin bir povesti çap olunmuşdu. Povestdə təsvir olunurdu ki, guya Şəmkir dağlarında seyrə çıxan iki erməni bir-biri ilə söhbət edirlər. Xaricdən gələn erməni yerli erməniyə sual verir: “Bu cənnət erməni torpağında sizdən başqa daha kim yaşayır?” Yerli erməninin cavabı belə olur: “Burada bizdən başqa, bir də turk yatağanları yaşayırlar”.
Bu, respublikada böyük əks-səda doğurdu. Jurnalda Azərbaycan əleyhinə
yazılmış povestin çap olunduğunu eşidən
Heydər Əliyev dərhal qəti göstəriş verdi ki, ermənicə jurnal üçün
bir nəfər azərbaycanlı yazıçı, Azərbaycan
KP MK-nın orqanı, qəzeti üçün isə bir nəfər
jurnalist seçilməlidir. Tapşırmışdı
ki, onlar hər iki dili mükəmməl bilən, zəngin
biliyi və geniş həyat təcrübəsi olan
bacarıqlı qələm sahibləri olmalıdır. Həmçinin hər iki qələm sahibinin
redaksiyaların ştatında yer alması barədə
göstəriş verilmişdi. Ulu öndər
Heydər Əliyev qətiyyətlə xəbərdar etmiş
və tapşırmışdı ki, bundan sonra
xalqımızın və respublikamızın əleyhinə
bir daha nə yazarlar, nə də jurnalistika sahəsində fəaliyyət
göstərən qələm sahibləri belə hərəkətlərə
yol verməməlidirlər.
Beləliklə,
mən ermənicə “Krakan Azərbaycan” jurnalına öz vəzifə
ştatımla tənqid-publisistika şöbəsinin
müdiri vəzifəsinə daimi işə göndərildim.
Ən
maraqlı və təəccüblüsü bu oldu ki, Azərbaycan Respublikası Ali Sovetinin
deputatı, ermənicə “Krakan Azərbaycan” jurnalının baş redaktoru
Samvel Qriqoryan məni vəzifəyə qəbul edərkən
ərizəmin üzərində dərkənarı “ədəbi
işçi vəzifəsinə təyin edilsin” kimi yazdı.
Erməni ki,
erməni. Azərbaycan Yazıçılar
Birliyinin katibi, rəhmətlik İsaq İbrahimov onu başa
saldı ki, ay insan, Əli müəllimin jurnalda şöbə
müdiri ştatı barədə birbaşa Heydər
Əliyev yoldaş şəxsən özü göstəriş
verib və onun tapşırığı mütləq yerinə
yetirilməlidir.
Jurnalist Qafar Mehdiyevi (Çaxmaqlı) isə Azərbaycan
KP MK-nın orqanı olan ermənicə “Kommunist” qəzetinin
redaksiyasına daimi işə təyin etdilər.
Azərbaycanda yaşayan ermənilər bu iki
aparıcı mətbuat orqanı olan jurnalın və qəzetin
redaksiyalarına Əli Vəkilin və Qafar
Çaxmaqlının işə qəbul olunmaları əleyhinə
Moskvaya, Lenin mavzoleyinə ünvanlanmış minlərlə
şikayət məktubu göndərdilər. Bütün ərizə
və şikayətlər Heydər Əlirza oğlu Əliyevdən
idi.
Lakin erməni daşnakları ulu öndərə
heç nə edə bilmədilər.
Çünki
o, cəsarətli bir siyasi xadim, qətiyyətli, dahi bir xalq
adamı idi! Misilsiz və millətsevər qeyrətli bir rəhbər
idi! Kremldə də sözü keçən dahi şəxsiyyət
idi!..
Qeyd etdiyim kimi, 1982-ci ilin yayında Heydər Əliyevin səfərə
çıxdığı qatara məni də dəvət
etdilər. Axşam ulu öndər Bakı dəmir yolu
vağzalında hamımızla səmimi salamlaşdıqdan
sonra qatara mindi. Xanlar rayonuna yola
düşdük. Səhər tezdən Heydər
Əliyevin gərgin, məhsuldar, yaddaqalan iş günü
başladı. İsti yay günündə sahələri
gəzən, üzümçülərlə
görüşən, faydalı məsləhətlər verən
görkəmli rəhbər yorulmaq bilmirdi. Onun Xanlar üzümçüləri ilə
görüşləri axşam rayon mədəniyyət
sarayında keçirdiyi ümumrayon müşavirəsi ilə
yekunlaşdı. Heydər Əliyev adəti üzrə
yenə də geniş və məzmunlu çıxış
etdi, rəhbərliyə iradlarını bildirdi, tövsiyələrini
verdi.
Axşam
Xanlardan yola düşən qatar səhər
tezdən Cəlilabada yetişdi. Qeyd etdiyim kimi,
üçvaqonlu hökümət qatarının sərnişinləri
arasında Azərbaycan Yazıçılar Birliyindən 4 nəfərin
də adı vardı.
Həmin səfərin yaddaqalan və hamıya xoş təsir
bağışlayan bir cəhətini də qeyd etməliyəm. O vaxt Azərbaycan
Respublikasının indiki Prezidenti cənab İlham Əliyev də
atası ilə birlikdə səfərə
çıxmışdı. İlham Heydər
oğlu ağlı, kamalı, nəcib insani keyfiyyətləri
ilə hamını heyran qoymuşdu.
Məndən başqa Azərbaycan Yazıçılar
Birliyinin daha üç üzvü - Atif Zeynallı,
İntiqam Qasımzadə və Əhəd Muxtar da hökumət
qatarının sərnişinləri arasında idi. Ümummilli
liderimizin fenomenal, qeyri-adi yaddaşa malik olduğu hamıya məlumlur.
Yolda şair Atif Zeynallı bildirdi ki, Heydər Əliyev
Dövlət Təhlükəsizlik Komitəsinin sədri
olanda onun qəbuluna getmişəm: “Görəsən məni
xatırlayacaqmı?” – “Əlbəttə,
xatırlayacaq! Onun yaddaşından heç nə silinən
deyil”, dedim.
Rəhbərin
iş günü Cəlilabadda da gərgin və mənalı
keçdi. İş günü başa
çatdıqdan və müşavirə bitdikdən sonra Mədəniyyət
sarayı direktorunun kabinetində Heydər Əlirza oğlu
yazıçıları qəbul etdi. Əvvəlcə
Atif
Zeynallı “şair, filologiya elmləri doktoru” kimi təqdim
olundu.
Heydər
Əliyev dedi: Sən Dövlət Təhlükəsizliyi Komitəsində
mənim qəbulumda olubsan, Atif Zeynalov.
Biz təəccüb
içində qaldıq: şairi Atif Zeynallı yox,
pasportdakı soyadı ilə -
Zeynalov adlandırmışdı.
Atif
Zeynallı gülə-gülə dedi ki, Heydər müəllim,
Misir Respublikasına getməliydim, icazə vermirdilər. Qəbulunuzda oldum, məsələni müsbət həll
etdiniz.
İkinci tanışlıq İntiqam Qasımzadə ilə
oldu.
Yazıçı-publisist, “Azərbaycan” jurnalının əməkdaşını
dinləyən Heydər Əliyev dedi: “Sənin adın
müharibə ilə bağlıdır, atan
Böyükağa Qasımzadəni yaxşı
xatırlayıram. Böyük Vətən
müharibəsi illərində maraqlı yazılarla mətbuatda
tez-tez çıxış edirdi”.
“Ulduz” jurnalının əməkdaşı, şair
Əhəd Muxtarın milliyyətcə talış
olduğunu biləndə ulu öndər ona Azərbaycan dili ilə
yanaşı, öz ana dilində də şeirlər
yazmağını məsləhət gördü.
Qeyd edim
ki, özümüzü təqdim edəndə hansı ali məktəbi bitirdiyimizi də deyirdik.
Növbə mənə çatdı:
– Əli
Vəkil, şair-tərcüməçi, İrəvan
Pedaqoji və Azərbaycan Dövlət İncəsənət
institutlarının məzunu, Azərbaycan
Yazıçılar İttifaqının orqanı olan, ermənicə
“Ədəbi Azərbaycan” jurnalının şöbə
müdiri.
Heydər
Əliyev səmimi gülümsədi:
–
Maraqlıdır, bir ali məktəbi
İrəvanda, birini də Bakıda bitirmisən. Qonşu xalqın dilini mükəmməl bildiyindən
həm də tərcümə ilə məşğul olursan.
Erməni dilini məktəbdə keçmisən,
yoxsa institutu o dildə bitirmisən?
– Xeyr,
Heydər müəllim, orta məktəbi də, ali məktəbləri də öz ana dilimdə
oxumuşam. Amma İrəvanda yaşadığım 17 ildə
əlifbanı da, dili də sərbəst öyrənmişəm,
- deyə cavab verdim.
– Onlarla
necə yola gedirsən? – deyə ulu öndər
soruşdu.
Heydər Əliyev “Ədəbi Azərbaycan”
jurnalının redaksiyasında mənimlə birgə işləyən
erməniləri nəzərdə tuturdu. Sizin qəti
tapşırığınız olan yerdə onlar
respublikamıza, habelə mənə nə edə bilərdilər?, - dedim.
– Orada
daha bizim əleyhimizə yazı dərc olunmur ki? – deyə Heydər Əliyev xəbər aldı.
– Xeyr,
Heydər müəllim, mən həm də redaksiya heyətinin
üzvüyəm. Jurnalda dərc olunan
bütün yazıları oxuyuram, - deyə cavab verdim.
Heydər
Əlirza oğlu gülə-gülə əlavə etdi:
– Qorxub eləmə,
möhkəm dayan. Onlar sənə
heç nə edə bilməzlər.
Dahi şəxsiyyətin qətiyyətlə dediyi həmin
sözlər heç vaxt yadımdan çıxmır. Beləliklə, mən 13 il ermənilərlə eyni redksiyada
çalışaraq xalqımızın, ədəbiyyatımızın
mənafeyini qorudum...
Bu yubiley günlərində ulu öndərin
yaddaşıma həkk edilmiş əbədi heykəli
bütün əzəməti, möhtəşəmliyi və
parlaqlığı ilə gözlərim önündə
yenidən canlanır. Heydər Əliyev sadəcə ölkənin
rəhbəri və millətin lideri deyildi, bü müdrik,
xilaskar, mərd və qorxmaz şəxs həm də səmimi,
mehriban, xeyirxah və nəcib bir insan idi.
Heydər Əliyev istər Milli Təhlükəsizliyi Komitəsinin sədri işləyərkən, istərsə də 1969-cu il 14 iyul plenumundan sonra Azərbaycana rəhbərlik etdiyi illərdə daşnak ermənilər İrəvanda mənimlə rastlaşanda bir ağızdan deyirdilər: “Bəxtəvər sizin başınıza, indi sizin Heydər Əliyev kimi görkəmli lideriniz var! Amma, əslində, erməni xalqının qənimi, qəti düşməni gəldi. Bundan sonra Azərbaycanda yaşayan ermənilərin vay halına”.
Heydər Əliyev mərd, cəsarətli, yenilməz, cəsur, görkəmli bir dövlət xadimi idi.
Heydər Əliyevin Xanlar rayonuna həmin səfəri ilə bağlı atdığı cəsarətli addım uzun müddət insanların yadından çıxmadı. Sovet hakimiyyəti qurulandan sonra, bir qayda olaraq, Xanlar Rayon Partiya Komitəsinin I katibi vəzifəsində milliyyətcə erməni işləyirdi. Lakin Heydər Əliyevin rayona həmin səfəri ərəfəsində raykomun birinci katibi Qasparyan vəzifəsindən azad edilmişdi. Rayon partiya komitəsinin ikinci katibi isə Murad Aşurov idi. Rayon haqqında ətraflı məlumat alaraq Bakıya qayıdan ulu öndərimiz Murad Aşurovu raykomun birinci katibi vəzifəsinə məsləhət gördü. Daşnaklar yana-yana qaldılar.
Bu, böyük xoşbəxtlikdir ki, ulu öndərin yolunu, Vətən, dövlət və millət üçün görduyü işləri onun Azərbaycan naminə böyüdüb boya-başa çatdırdığı varisi – möhtərəm Prezidentimiz İlham Əliyev qətiyyətlə davam etdirir.
Əli
VƏKİL,
şair
Xalq qəzeti.- 2018.- 6 may.- S.1-2.