“Azərbaycan Respublikası Gənclər
və İdman Nazirliyinin
kollegiyasının tərkibi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-cı il 14 iyun tarixli 144 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 205
Bakı şəhəri,
4 may 2018-ci il
Azərbaycan Respublikası Prezidentinin
“F.M.Hacıyevin Azərbaycan
Respublikasının gənclər
və idman nazirinin müavini təyin edilməsi haqqında” 2018-ci il 1 mart tarixli 3727 nömrəli Sərəncamının 2.2-ci və
“F.T.Cəfərovun Azərbaycan
Respublikasının Gənclər
Fondunun icraçı
direktoru təyin edilməsi haqqında”
2018-ci il 13 mart tarixli
3783 nömrəli Sərəncamının
2.2-ci bəndlərinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA ALIR:
“Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyinin kollegiyasının tərkibi
haqqında” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2006-cı il
14 iyun tarixli 144 nömrəli qərarının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2006, ¹ 6, maddə 572, ¹ 7, maddə
642; 2007, ¹ 5, maddə 556, ¹ 8, maddə 850, ¹ 11, maddə
1172, ¹ 12, maddə 1342; 2011, ¹ 1, maddə 57; 2012, ¹ 1, maddə
43, ¹ 5, maddə 490; 2013, ¹ 3, maddə 345; 2016, ¹ 4, maddə
802, ¹ 11, maddə 1931) 2-ci hissəsinin
“Kollegiyanın üzvləri”
bölməsinə “Babayev
İntiqam Vaqif oğlu – gənclər və idman nazirinin
müavini” sözlərindən
sonra “Hacıyev Fərhad Məcid oğlu – gənclər və idman nazirinin
müavini” sözləri
əlavə edilsin və həmin bölmədən “Hacıyev
Fərhad Məcid oğlu – Azərbaycan Respublikasının Prezidenti
yanında Gənclər
Fondunun icraçı
direktoru” sözləri
çıxarılsın.
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.-
6 may.- S.3.