“Dövlət büdcəsindən maliyyələşən bir
sıra təşkilatlarda
çalışan işçilərin aylıq vəzifə
maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 14 mart tarixli
94 nömrəli qərarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 207
Bakı şəhəri,
4 may 2018-ci il
“Azərbaycan
Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin
təkmilləşdirilməsi ilə bağlı tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7
mart tarixli 1871 nömrəli Fərmanının 7.3-cü bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 mart tarixli 94
nömrəli qərarı ilə təsdiq edilmiş 13
nömrəli əlavə – “Azərbaycan Respublikasının
Prezidenti yanında Elmin İnkişafı Fondunun, Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun, Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun, Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondunun işçilərinin
aylıq vəzifə maaşlarının sxemi”nin adından
”, Azərbaycan Respublikasının Prezidenti yanında “Gənclər
Fondunun” sözləri çıxarılsın.
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş naziri
Xalq qəzeti.- 2018.- 6 may.- S.3.