Dünya miqyaslı siyasətçi
XX əsr liderlər əsridir.
Əsrin lideri isə
Heydər Əliyevdir!
Eduard
ŞevArdnadze
Azərbaycan xalqının tarixində
taleyüklü məsələlərin həllində
müstəsna xidmətləri olan bir sıra tarixi şəxsiyyətlər,
görkəmli siyasət və dövlət adamları
olmuşdur. Bunlar zaman-zaman xalqımızın
tarixində gördükləri böyük işlər və
əməllərlə əbədiyyət qazanmışlar.
Belə tarixi şəxsiyyətlər içərisində
Azərbaycan xalqının ümummilli lideri adını
qazanmış görkəmli dövlət xadimi, dünya
miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər
Əliyevin xüsusi rolu vardır. Çünki
dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət
ümummilli lider səviyyəsinə yüksəlmişdir.
Ümummilli liderliklə siyasi liderlik keyfiyyətlərinin
bir dövlət adamında birləşməsi bəşər
tarixində nadir rast gəlinən unikal haldır.
Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər,
fəaliyyət göstərdiyi bütün digər sahələrdə
də özünü məhz birinci şəxs kimi, lider kimi
təsdiq etmişdir. Milli lider olmağın meyarları və
izahı müxtəlifdir. Hələ
Aristotel yazırdı ki, siyasi liderliyin ilkin şərti
dövlətin gələcəyini öncədən görmək
və gördüyünü həyata keçirə bilməkdir.
Ümummilli liderlər dövlətin daxili və xarici siyasətini
müəyyən edən, onu beynəlxalq münasibətlərdə
təmsil edən ali vəzifəli şəxslər
kimi qəbul edilir. Bu mövqedən
yanaşdıqda Heydər Əliyev ümummilli lider zirvəsində
müstəqil Azərbaycan dövlətini
yaratmışdır və onun bütün sahələrdə
sarsılmaz təməllərini müəyyən etmişdir.
Ona görə də ulu öndər müstəqil
Azərbaycan dövlətinin qurucusu və memarı kimi qeyd
olunur. Bu dahi insan Azərbaycan
xalqının yaddaşında qurucu və xilaskar dövlət
xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan
öndər kimi qalmışdır. Xalqımızın
tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında,
dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər
göstərən ikinci dövlət adamı tapmaq
mümkün deyildir. Bu mənada o,
xalqımızın milli iftixarı, ürəklərimizdə
özünə yer tapan ümummilli liderimiz, güvənc
yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı
idi.
Heydər Əliyev dünyanın nadir, unikal, seçilən
siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək
gücündə olan lider idi. Liderlər var ki,
siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində
uzun illər çalışıb püxtələşdikdən
sonra tanınırlar. Elə adamlar da var
ki, bu, onlarda fitrən mövcuddur, genlərində
kodlaşdırılıb, bir sözlə ilahi vergidir. Heydər Əliyev məhz ikincilərdəndir.
Digər vacib məqam səlahiyyət məsələsidir.
Heydər Əliyev tək Azərbaycan səviyyəsində
deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb
miqyasında sözünün keçəri, sanballı olan
lider idi. O, qlobal miqyasda təhlillər aparmağı
bacaran nəhəng siyasətçi idi. Bu iki məqam
onu həmkarlarından əhəmiyyətli dərəcədə
fərqləndirən professional cizgilərdəndir. Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi
və fövqündə durmağı bacaran, dövlət
idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını
öz fəaliyyəti ilə diqtə edən nadir şəxsiyyətlərdən
biri idi. O təkcə güclü təsərrüfatçı
deyil, həm də sözlərinin çəkisi və
sanbalı olan, kütləni arxasınca aparmağı,
auditoriyanı inandırmağı bacaran bir siyasi xadim idi. Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin
bilicisi idi. Buna görə də onun gələcəyi
görmək qabiliyyəti başqalarına, həmkarlarına
nisbətən daha güclü idi. Tarixi bəsirət,
irəlini görmək nadir bir hissdir. Siyasi xadimlərin
heç də hamısında bu hiss olmur. Yaradan
bu keyfiyyəti yalnız seçilmiş adamlara – zəmanəsini
çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərə
verir. Nəhəng siyasətçi Heydər
Əliyev kimi. O, analitik düşüncə tərzi ilə,
çətin vəziyyətlərdə
soyuqqanlılığını saxlamaq məharəti ilə,
yüksək intellekti, dünya mədəniyyətinə bələdliyi
ilə ətrafdakıları heyrətləndirirdi. Heydər Əliyev parlaq, güclü, koloritli bir
şəxsiyyət idi.
Ulu öndəri xarizmatik lider, fenomenal şəxsiyyət
adlandırırlar. Müasir siyasi texnologiyalarda lider
üçün xarizma məsələsi çox vacib şərt
hesab edilir. Heydər Əliyev məhz
güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi
və dövlət xadimi idi. Onun ən böyük
gücü dərin, həm də universal biliyində, qətiyyətində,
işgüzarlığında, hökmündə, qeyri-adi
yaddaşında, tükənməz səbrində,
müsahibini təmkinlə dinləmək
bacarığında, uzaqgörənliyində, qarşıya
qoyduğu məsələni həyata keçirmək qabiliyyətində,
müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində,
mahir diplomat olmasında, həmsöhbətinə təsir
gücündə idi. Xeyirxahlıq və alicənablıq,
inam və etibar, təmkin və səmimiyyət, zəka, səbat,
diqqət və başqa bu kimi cəhətlər Heydər
Əliyevin fərdi naturasının özgün
çalarları idi. İstedad və iradə,
özünə qarşı tələbkarlıq və
mütəşəkkillik, peyğəmbər uzaqgörənliyi
və sərkərdə şücaəti bu böyük
şəxsiyyətin ali keyfiyyətləri
idi.
Heydər Əliyev böyük siyasət
üçün yaranan, təkcə bir ölkə
miqyasında yox, dünya əhəmiyyətli məsələlərin
həllində qətiyyətli sözünü deyə bilən
nadir siyasətçi idi. Onun bu sahədəki
fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin
və tarixin gedişatını öncə görmək məharəti
siyasət aləminə qədəm qoyduğu ilk günlərdən
özünü büruzə vermişdir. Təsadüfi
deyildir ki, onun atdığı addımlar, irəli
sürdüyü problemlər, qəbul etdiyi qərarlar,
söylədiyi fikirlər öz aktuallığı,
düzgünlüyü və obyektivliyi və hər cəhətdən
ölçülüb biçildiyindən ətraflardakıları
heyrətləndirmiş, siyasət aləminin patriarxı
adını qazandırmışdır. Hətta
dünyanın ən görkəmli siyasət və dövlət
xadimləri Heydər Əliyevlə məsləhətləşdiklərini,
ondan öyrəndiklərini dönə-dönə etiraf
etmişlər. Siyasətçilər bu
dahi insanı “liderlərin lideri” adlandırırdılar.
Onun siyasətinin gücü nədə idi?!
Siyasi
uzaqgörənliyində, fitri istedadında, müdrikliyində,
ölçülüb-biçilmiş qərarlarında, qətiyyətliliyində,
siyasi iradəsində, dərin zəkasında, ensiklopedik biliyə
malik olmasında, geniş dünyagörüşündə,
milli maraqlara əsaslanmasında, tarixi şəraitdən
düzgün baş çıxarmasında, zaman və məkan
amilini qiymətləndirməsində, dözüm və səbrliliyində,
nəzəriyyəyə istinad etməsində və praktik həyatdan
baş çıxarmasında – bir sözlə fenomenal şəxsi
keyfiyyətlərində idi. Bu dahi siyasətçi
zərgər dəqiqliyi ilə,
ölçülüb-biçilmiş qərarlar qəbul
edirdi. Onun fəaliyyəti haqsız yerə
“təftiş” ediləndə belə irad tutulması,
“nöqsan deyiləsi” olan bir fakt belə tapa bilmirdilər.
Yarım əsrlik siyasi fəaliyyətin
qızıl qaydası çoxları üçün təəccüblü
idi. Təəccüb və möcüzələr,
başqalarını şok vəziyyətinə salan faktlar
yüzlərlədir. Elə bu keyfiyyətlər
onu başqlarından fərqləndirirdi.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə
uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin
nüfuzunu artırmış, hərtərəfli
inkişafına nail olmuş, müstəqilliyini əbədi
və dönməz etmişdir. Kiçik bir ölkə
Heydər Əliyevin uğurlu siyasəti sayəsində
dünyada tanınan nüfuzlu bir dövlətə
çevrilmişdir. 1993-cü ildə
müstəqil Azərbaycan Respublikasının Prezidenti
seçilən Heydər Əliyev siyasət aləmində
çox güclü, səriştəli və təcrübəli
müdrik dövlət xadimi kimi qısa bir müddət ərzində
xarici siyasət sahəsində böyük dönüş
yaratdı. Dünyanın aparıcı
dövlətləri, inkişaf etmiş ölkələri,
beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət
yetirməyə başladılar. O, Qərbə inteqrasiya
yolunu tutdu. Ən çətin anlarda belə Heydər
Əliyev yenilməz siyasi iradə nümayiş etdirdi, milli
dövlətçiliyin, milli mənafelərin ifadəçisi
kimi antiazərbaycan, antimilli qüvvələrin
qarşısında sipərə çevrildi,
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin
çəkilişi məhz bu böyük insanın qətiyyətli
mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi
reallığa çevrildi.
Heydər Əliyev idarəetmənin ustadı, siyasətin
kamil bilicisi kimi bütün dünyada məşhur idi. Bu dahi
insanın təliminə görə siyasət və
uzaqgörənlik qarşılıqlı vəhdətdədir.
Böyük öndər deyirdi ki, reallığı
düzgün qiymətləndirən, zəngin təcrübədən
yaradıcılıqla istifadə edən, sosial-siyasi və
iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini
nəzərə alan, qəbul olunan qərarların
mümkün nəticəsini irəlicədən görməyə
imkan verən siyasi xətt hökmən uğur
qazanmalıdır. Belə siyasət cəmiyyətin
sabitliyinə, irəliyə doğru hərəkətinə və
tərəqqisinə xidmət edir.
Heydər Əliyev uzaqgörən və
ağıllı siyasətçi kimi nəyi nə zaman deməyi,
hansı addımı nə vaxt atmağı bir zərgər
dəqiqliyi ilə bacarırdı. Ulu öndər qeyd
edirdi ki, “biz nazik sapın üstü ilə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər
ağılla, o qədər məharətlə aparaq ki, Azərbaycanın
milli mənafeləri müdafiə olunsun”.
Onun siyasəti milli maraqlar üzərində
qurulmuşdu.
Xalqımızın və dövlətimizin elə
bir problemi olmamışdır ki, həmin problemləri kimsə
Heydər Əliyev səviyyəsində və yüksəkliyində
dərk etmiş olsun. O, hər hansı problemə həsr
olunmuş yığıncaqda məsələyə dərindən
bələdliyi, verdiyi suallar, qaldırdığı problem məsələlərlə
həmin sahənin mütəxəssislərini belə heyrətləndirirdi.
Çünki o, istər sənaye, istər kənd
təsərrüfatı, istərsə də elm, maarif, mədəniyyətlə
bağlı məsələlərin müzakirəsində həmin
sahənin əvəzedilməz bilicisi kimi
çıxış edirdi. Onun kimi təsərrüfatı
təsərrüfatçıdan, tariximizi tarixçidən,
incəsənətimizi sənətşünasdan,
iqtisadiyyatı iqtisadçıdan yaxşı bilən, onun
problemlərini həll etməyə istiqamətləndirən
ikinci adam tapmaq mümkün deyildir. Heydər Əliyevin mülahizələri problemlərə
dərindən bələdlik, hadisələrin məğzinə,
səbəb-nəticə əlaqələrinə nüfuz etmək
xüsusiyyəti ilə seçilirdi. Azərbaycanın
daxili siyasətini istiqamətləndirən, xarici siyasətini
beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü
və tarazlaşdırılmış şəkildə aparan
qətiyyətli dövlət xadimi çox hallarda ən
tanınmış siyasətçiləri belə təəccübləndirir
və onun ağıllı siyasətini birmənalı olaraq qəbul
edirdilər. Elə bu cəhətlərinə görədir
ki, xalqımız onu əsrin böyük Azərbaycanlısı,
xalqın xilaskarı, müstəqil Azərbaycan dövlətinin
memarı və Azərbaycanı dünyaya tanıdan insan kimi
qəbul edir, hörmət bəsləyir və ürəkdən
sevirdi.
Bu da bir həqiqətdir ki, dünyada tanınan, sevilən,
şəxsiyyətinə, siyasi və dövlətçilik fəaliyyətinə
çox böyük hörmətlə yanaşılan Heydər
Əliyev haqqında söz demək, fikir söyləmək o
qədər də asan deyildir. Bu gün dünya
ictimaiyyəti Azərbaycanı və onun liderini
tanıyır, onu minnətdarlıqla xatırlayırsa,
ünvanına ən xoş sözlər söyləyirsə,
yüksək rəyini, fikrini deyirsə, bu özü
xalqımız üçün böyük şərəfdir.
Biz qürur duyuruq ki, xalqımızın
dünyada bu səviyyədə sevilən, hörmət bəslənilən
ümummilli lideri olmuşdur.
Heydər Əliyev fenomeni, onun şəxsiyyətinin
ucalığı, fövqəladə idarəçilik
qabiliyyəti, yüksək intellekti nəticəsində
dünyanın görkəmli siyasətçiləri və
dövlət xadimləri arasında onun adı həmişə
birincilər sırasında çəkilib. Azərbaycan
coğrafi cəhətdən kiçik ölkə olsa da, Heydər
Əliyevin böyük siyasət adamı olaraq beynəlxalq
miqyasda özünü təsdiq etməsinə heç vaxt
mane olmayıb. Ən məşhur,
tanınmış siyasətçilərin reytinqinin müəyyənləşdirilməsi
üçün aparılan beynəlxalq sorğularda, siyasi
institutların, sosioloji mərkəzlərin
araşdırmalarında Heydər Əliyevin adının
birincilər sırasında yer tutması onun siyasətdə,
həyatda, dövlətçilik təcrübəsində
qazandığı uğurların təsdiqi idi. Təkcə
belə bir faktı göstərmək kifayətdir ki, hələ
on il bundan əvvəl Brazilyanın “Planetin səsi” qəzeti
doqquz dövlətin jurnalistlərinə “dünyanın
hansı üç super siyasətçisinin adını
çəkə bilərsiniz?” sualını vermiş və
altı dövlətin jurnalistləri birinci olaraq ümummilli
lider Heydər Əliyevin adını çəkmişdir.
Ulu
öndərimizin bu nüfuzu onun xalq və ölkə
qarşısındakı əvəzsiz xidmətləri,
özünün nəsillərə nümunə ola biləcək həyat fəaliyyəti, iti
düşüncəsi, əqidə və məsləki ilə,
onun rəhbərliyi dövründə Azərbaycanın
demokratiya və müstəqillik yolunda atdığı
uğurlu addamları ilə bağlıdır. Dünya siyasətçiləri,
beynəlxalq içtimaiyyət və xalqımız bu dahi
insanı Heydər Əliyev olduğuna görə deyil, vətən
və dövlət qarşısında gördüyü
böyük işlərə, dünyada təhlükəsizliyin
qorunmasına, düzgün və pozitiv inkişafa
çalışdığına, siyasi və ictimai fəaliyyətinə
görə qiymətləndirmişdir. Bu səbəbdəndir
ki, dünyanın ən görkəmli siyasi xadimləri,
dövlət rəhbərləri, tanınmış elm və
mədəniyyət nümayəndələri Heydər
Əliyev şəxsiyyətini yüksək qiymətləndirmiş,
ondan çox şey öyrəndiklərini bildirmişlər.
Onun haqqında deyilən söz, verilən qiymət bu qün
də, sabah da xalqımızın qəlbində
iftixar hissi doğurur və doğuracaq, bunlar tariximizin
yaddaşına köçürülməlidir.
Heydər Əliyev qlobal düşüncəli, geniş
dünyagörüşlü nəhəng bir siyasətçi
idi. O, realist
bir insan olaraq hadisələrə praqmatik yanaşırdı,
tarixi şəraitdən düzgün baş
çıxarırdı, ölkənin taleyi üçün
uğurlu qərarlar qəbul edirdi. Onun
ağıllı və uzaqgörən siyasətində hər
şeyin öz yeri və vaxtı var idi. O, beynəlxalq
aləmdə tarazlaşdırılmış siyasətin,
ölçülüb-biçilmiş fəaliyyətin
ustadı idi. Bu dahi siyasət adamı
bütün fəaliyyəti boyu müdrik insan, qətiyyətli
rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən
siyasətçi və ağıllı dövlət xadimi
olduğunu təsdiq etmişdir. İnanmaq
çətindir ki, dünyada xalqa bu qədər yaxın
ikinci bir siyasətçi olsun. Siyasətçi
üçün lazım olan keyfiyyətlərlə
yanaşı, onda idarəetmə keyfiyyətləri, dövlətçilik
təcrübəsi ən yüksək səviyyədə idi.
Elə bunlar idi onun siyasətinin
ucalığı, aliliyi, uzaqgörənliyi və heyrətamizliyi.
Heydər Əliyev siyasəti bütün
dünyanı ehtiva edə bilir, düzgün istiqamətə
yönəldirdi. Heydər Əliyevin beynəlxalq
Atatürk sülh mükafatına layiq görülməsi onun
dünyada apardığı sülh siyasətinə verilən
qiymət idi. O, dünyanın bütün ölkələri
və onların rəhbərləri ilə, hətta məkrli
düşmənlərimizlə də “sülh dili” ilə nəinki
danışmağı bacarırdı, onlara da bunu
aşılaya bilirdi. Ulu öndərimizin ən ali
insani keyfiyyətləri, fenomen xarakteri, insanlarla dil tapmaq
bacarığı, hərəni öz dilində
danışdırmaq məharəti onu tanıyanların
sevimlisinə çevirirdi. Hər dövlət xadiminə xas
olmayan üstünlüklər ulu Tanrının Heydər
Əliyevə verdiyi ən ali keyfiyyətlər
idi. Görəsən bəşəriyyət
belə nəcib, yüksək intellekti ilə seçilən
dövlət xadimləri, siyasət nəhəngləri ilə
çoxmu qarşılaşıb?! Təəssüf
ki, buna heç də çox rast gəlinməyib. Heydər Əliyev kimi dövlət və siyasət
adamları bəşəriyyətin, insanların xeyrinə,
sülhün və əmin-amanlığın təmin edilməsinə
yetərincə pay vermişlər. Əgər
dünyada belə siyasət və dövlət xadimləri yetərincə
olsa idi, onda dövlətlərarası qarşıdurmalar
aradan qalxmış olardı.
Azərbaycan xalqının ümummilli lideri yüksək
bəşəri keyfiyyətlərə, təvazökarlığa,
hər şeydən öncə isə demokratik dövlət
quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət
idi. O, Azərbaycan
tarixində bəlkə də yeganə siyasət
adamıdır ki, onun fəaliyyəti yalnız konkret sahələri
əhatə etmir, həm də ümummilli və qlobal əhəmiyyətli
problemlərin aradan qaldırılmasına xidmət edir. Onun
xalq işinə sədaqəti, siyasi müdrikliyi,
böyük dövlətçilik təcrübəsi, parlaq
hafizəsi, geniş dünyagörüşü, polad iradəsi,
mərdanə qətiyyəti, həssas qəlbi, möhkəm
səbri, çox hövsələliyi, ədalətli
olması, həmişə obyektiv mövqe tutması, yüksək
intellekti və ziyalı mövqeyi, tədbirliliyi və analitik
təfəkkürü, sadə davranışı, heyrətamiz
enerjisi…- bir dövlət başçısı kimi onun ən
yüksək keyfiyyətləri idi. Heydər
Əliyevin dərin məntiqli nitqi, natiqlik məharəti,
söz seçmək bacarığı, auditoriya ilə
ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri
məftun edirdi. Onun nitqi dərin və konkret
idi, müzakirə olunan məsələni yüksək səviyyədə
ümumiləşdirmək bacarığına malik idi. Ulu öndərin nitq və
çıxışlarında artıq söz və ifadə,
qeyri-dəqiq fakt və rəqəm olmur, fikirlərini son dərəcə
cilalanmış şəkildə ifadə edirdi. O, məsələnin
mahiyyətini açmağa, mövzunu milli mənafe, dövlətçilik
mövqeyindən təhlil etməyə xidmət edən məsələni
ustalıqla göstərməyi bacarırdı. Görkəmli siyasətçi üçün
uzaqgörənlik, düzgün qərar çıxartmaq nə
qədər əhəmiyyətlidirsə, rəvan nitqə,
yüksək intellektə, təhlil etmək
bacarığına yiyələnmək də bir o qədər
vacibdir. Bu cəhətdən Heydər
Əliyevə uyğun gələn siyasətçi çox
azdır. Ümummilli lider Heydər
Əliyevin ictimai-siyasi fəaliyyətinin obyektiv təhlili
göstərir ki, o, başqalarından fərqli olaraq qeyri-adi
zəkaya, böyük enerjiyə, islahatçı, yüksək
analitik təfəkkürə və yenilməz iradəyə
malik siyasətçi idi. “Siyasət
üçün doğulmuşlar siyasətdən əl
çəkdikcə, siyasət onlardan əl çəkmir”
deyimi tamamilə Heydər Əliyevə aid edilə bilər.
Ona görə də bir sıra hallarda Heydər Əliyevi
“siyasət nəhəngi”, “siyasət qrosmeysteri”, “siyasət
patriarxı”… kimi xarakterizə edirlər. Qüdrətli
dövlət xadimi siyasət aləminin müəllimi idi.
Onun müəllimliyindən çoxlarına pay
düşmüşdür.
Xalqımız qarşıya çıxan çətin
problemlərin həllini, xilaskarlıq missiyasını Heydər
Əliyevdə görürdü. Bu, on illərllə
formalaşmış fikirdir, özü də doğru və
düzgün fikirdir. Ölkəmizin fəxri,
milli iftixarımız və ümummilli liderimiz olan Heydər
Əliyev bütün problemlərin həllinin öhdəsindən
yüksək səviyyədə gəlmişdir.
Çünki o, bir neçə on il bundan
sonra görəcək işləri bu gün həyata
keçirməyi bacaran nadir keyfiyyətlərə malik
uzaqgörən siyasətçi və təcrübəli
dövlət xadimi idi. Onun siyasəti
ölçülüb-biçilmiş, gələcəyə
ünvanlanmış siyasət idi.
Ümummilli lider Heydər Əliyevi dünyanı dəyişdirmək
gücündə olan insanlar cərgəsinə aid etmək
olar.
Müasirləri onun gördüyü işləri hələ
layiqincə dəyərləndirməyiblər: onun Yer
üzünə nə üçün gəldiyini və kim tərəfindən göndərildiyini tam dərk
edə bilmək üçün hələ olduqca az vaxt
keçib. XX əsr və XXI əsrin
başlanğıcının görkəmli siyasətçilərindən
və dövlət xadimlərindən biri olan Heydər
Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti
gələcək yüzilliklərdə hələ neçə-neçə
siyasət adamına istiqamət verəcək, onun
yaratdığı dövlətçilik təlimindən
coxları faydalanacaqlar.
Bu gün
ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla
yaşayır və faydalanır. Bu siyasətin
icraçısı ulu öndərimizin layiqli siyasi varisi, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevdir.
Onun rəhbərliyi ilə Heydər Əliyev
siyasəti yaşayır və uğurla davam etdirilir. Azərbaycan Respublikası Heydər Əliyev siyasəti
ilə irəliləyir və yaşayır. Heydər Əliyev siyasəti Azərbaycanın
uğurlarının əsasıdır, gələcəyə
istiqamətlənmişdir. Onun siyasi kursu
dövlət müstəqilliyimizin qorunub saxlanılması və
möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq
imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə
nail olması kimi ağır və taleyüklü məsələlərdə
sınaqdan çıxmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolu və nüfuzunu artırır.
Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və Prezidentimizin ətrafında daha sıx birləşirlər. Ölkəmizdə 11 aprel 2018-ci ildə keçirilən prezident seçkiləri dövlət-xalq birliyini, respublika əhalisinin böyük əksəriyyətinin Prezident İlham Əliyevə dərin inam və məhəbbət bəslədiyini bir daha təsdiq etdi. Xalqımız qətiyyətlə inanır və görür ki, ölkəmizin sürətli, hərtərəfli və dinamik inkişafı Heydər Əliyev siyasi kursunda və bu kursu inamla irəli aparan Prezident İlham Əliyevin düşünülmüş və yaradıcı fəaliyyətində öz əksini tapır.
İSMAYIL HACIYEV,
AMEA
Naxçıvan Bölməsinin sədri, akademik
Xalq qəzeti.- 2018.- 9 may.- S.1.