Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1994-cü il
3 mart tarixli 93 nömrəli
qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası
üzvlərinin Siyahısı”nda
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 208
Bakı şəhəri,
8 may 2018-ci il
“V.A.Kərimlinin Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə
təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 4 aprel tarixli 3878 nömrəli Sərəncamının 2.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1994-cü il
3 mart tarixli 93 nömrəli
qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası
üzvlərinin Siyahısı”nın
“Komissiyanın üzvləri”
bölməsində “Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin yanında Bakı Nəqliyyat Agentliyinin Baş direktoru” sözləri “Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri” sözləri ilə əvəz edilsin.
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.- 9
may.- S.2.