Azərbaycanın meliorasiyasu təsərrüfatı

kompleksinin inkişafındakı uğurlar  

Heydər Əliyevin adı ilə bağlıdır

 

Müstəqil Azərbaycan Republikasının bugünkü dövlət quruluşu modelinin banisi, yaradıcısı, qurucusuona əbədi həyat bəxş edən dahi şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevdir. Ulu öndərimizin həyat salnaməsini diqqətlə araşdırdıqda əmin olursan ki, o, bütün ömrü boyu doğma xalqı barəsində düşünüb, bütün şüurlu həyatını canı ilə, qanı ilə sevdiyi Azərbaycanın tərəqqisinə həsr edib. Gənclik illərində də, sonra da müxtəlif məsul vəzifə pillələri ilə addım-addım irəlilədiyi vaxtlarda da Azərbaycan xalqının taleyi onu həmişə düşündürmüşdür.

 

Azərbaycan qədim suvarma əkinçiliyi ölkəsidir. Respublikada kənd təsərrüfatının hərtərəfli inkişafı üçün əlverişli torpaq-iqlim şəraiti vardır. Ölkənin ümumi ərazisinin təxminən yarısı, yəni 4,53 milyon hektarı kənd təsərrüfatına yararlı torpaqlardır. Suvarmaya yararlı 3,2 milyon  hektar torpaq sahəsinin 1 milyon 435 min hektarı suvarılan sahədir. Bu torpaqların 610 min hektarı kollektor-drenaj şəbəkəsi ilə təchiz edilmişdir. Respublikada becərilən kənd təsərrüfatı məhsulunun 90 faizə qədəri suvarılan torpaqlardan götürülür.  Bu torpaqlardan yüksək və sabit  kənd təsərrüfatı məhsulları götürmək üçün mütəmadi olaraq irriqasiya - meliorasiya tədbirlərinin aparılması və onların  səmərəliliyinin artırılması tələb olunur.       

Azərbaycanda uzun illərdən bəri böyük zəhmət və külli miqdarda vəsait hesabına su axımını bölüşdürən və tənzimləyən irriqasiya sistemlərindən, kollektor-drenaj şəbəkələrindən, nasos stansiyalarından və su anbarlarından ibarət geniş və mürəkkəb meliorasiyasu təsərrüfatı kompleksi fəaliyyət göstərir. Bu kompleksin əsas hissəsi ulu öndərimizin respublikaya birinci dəfə rəhbərlik etdiyi 1970-80-ci illərdə onun şəxsi təşəbbüsü və yaxından köməyi ilə yaradılmışdır.

Hazırda Azərbaycan MeliorasiyaSu Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ümumi sututumu 21,5 milyard kubmetr olan 135 su anbarı, 19 hidroqovşaq, 51800 kilometr uzunluğunda suvarma kanalı, 31700 kilometr kollektor-drenaj şəbəkəsi, 921 nasos stansiyası, 131 min müxtəlif hidrotexniki qurğu, 7279  subartezian quyusu, 2073 kilometrdən artıq sel və daşqınlardan mühafizə bəndi, 1025 min hektar qış otlaq sahələrinin su təminatına xidmət edən digər mühüm dövlət əhəmiyyətli su təsərrüfatı sistemləri və qurğuları istismar olunur.

Azərbaycanda meliorasiyairriqasiya işlərinə keçən əsrin əvvəllərində, lakin onun genişmiqyaslı, intensiv inkişafına ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-cu ildən başlanılmışdır. O vaxtdan etibarən ölkənin kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə, iqtisadiyyatın bütün sahələrində xüsusi bir yüksəliş dövrü başlandı. Ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul edildi. Bu qərarlarda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsini təmin etmək məqsədilə kompleks meliorasiya proqramları hazırlandı və meliorasiya olunmuş torpaqlarda kənd təsərrüfatı istehsalının sabit şəkildə artırılması üçün mühüm tədbirlər işlənib həyata keçirildi. 1971-1975-ci illərdə ölkədə meliorasiya işlərinə 1966-1970-ci illərdəkinə nisbətən iki dəfədən çox vəsait ayrıldı. Bu müddətdə 23,5 min hektar yeni suvarılan torpaqlar istifadəyə verildi, 156,8 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırıldı, 110,3 min hektar sahədə suvarma şəbəkələrinin yenidən qurulması, 133,2 min hektar sahədə hamarlama işlərinin aparılması təmin olundu, 248,6 min hektar qış otlaq sahələrində su təminatı sistemləri yaradıldı. Bu illər ərzində bir sıra iri irriqasiyameliorasiya obyektləri, o cümlədən Araz çayı üzərində həcmi 1,35 milyard kubmetr olan Araz su anbarı su-elektrik stansiyası ilə birlikdə, Azərbaycan Respublikası və İran İslam Respublikası ərazilərində 400 min hektar sahəni suvaran Mil- Muğan hidroqovşağı, uzunluğu 37 kilometr, saniyədə 80 kubmetr sərfiyyatı olan Baş Mil kanalı, ümumi uzunluğu 71 kilometr olan Yuxarı MilYeni Xan qızı kanalları, Naxçıvan MR- də 6 min hektar sahəni suvaran Arpaçay nasos stansiyaları, Naxçıvan suvarma sistemi, Qusar rayonunda Caqar- Cibir magistral kanalı, Şamaxı rayonunda həcmi 3,5 milyon kubmetr olan Zoqolovoçay su anbarı və digərləri tikilib istismara verildi.

1976-1982-ci illərdə Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində su təsərrüfatı və meliorasiya obyektlərinin tikintisi, torpaq fondunun sağlamlaşdırılması və suvarma-drenaj sistemlərinin yenidən qurulması sahəsində aparılan işlərin miqyası daha da genişləndirildi. Bu illərdə meliorasiya tədbirlərinə yönəldilən vəsaitin miqdarı 1971-1975-ci illərdəkinə nisbətən 2,4 dəfə artdı, 605 min hektar sahədə suvarma sistemləri yenidən quruldu, 89,6 min hektar yeni suvarılan sahələr istifadəyə verildi, 137 min hektar torpaq meliorativ cəhətdən yaxşılaşdırıldı,  274,4 min hektar sahədə əsaslı hamarlama işləri aparıldı. Bu dövrdə Tərtərçay üzərində 144 min hektar sahəni suvarma suyu ilə təmin edən, həcmi 550 milyon kubmetr  olan Sərsəng su anbarı su elektrik stansiyası ilə birlikdə, həcmi 5,86 milyon kubmetr  olan Madagiz su anbarı, Naxçıvan MR- də Arpaçay üzərində həcmi 150 milyon kubmetr olan Arpaçay su anbarı, Naxçıvan çayından qidalanan həcmi 12,7 milyon kubmetr olan Sirab su anbarı, Füzuli rayonunda həcmi 9,5 milyon kubmetr olan Aşağı Köndələnçay su anbarı, Lənkəran rayonunda həcmi 52 milyon kubmetr olan Yuxarı Xanbulançay su anbarı kompleksi, Tovuz rayonunda nasos stansiyası və bir sıra digər obyektlər tikilib istismara verilmişdir. Bütün bunların nəticəsində respublikada kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı və ümumi məhsul istehsalı bir neçə dəfə artmışdır.

Ulu öndərimiz keçmiş İttifaq rəhbərliyində olduğu illərdə də respublika iqtisadiyyatının, o cümlədən meliorasiyasu təsərrüfatının inkişafını daim diqqət mərkəzində saxlamışdır. Lakin böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, o, keçmiş İttifaq rəhbərliyindən getdikdən sonra kənd təsərrüfatının, xüsusilə də meliorasiyasu təsərrüfatının inkişafı, demək olar ki, tamamilə dayandı. Keçmiş respublika rəhbərliyinin səriştəsizliyi və bu sahəyə laqeyd münasibəti nəticəsində meliorasiyasu təsərrüfatı üzrə aparılan işlərin sürəti və həcmləri kəskin surətdə azaldı, kapital qoyuluşu heçə endirildi, sistemlərin istismarına ayrılan büdcə vəsaitinin həcmi xeyli aşağı düşdü. Nəticədə mühüm dövlət əhəmiyyətli obyektlərin saxlanılması, istismarı, təmir- bərpası son dərəcə çətinləşdi.

Belə bir şəraitdə 1993-cü ildə Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı meliorasiyasu təsərrüfatı sahəsini məhv olmaqdan xilas etdi. Bu  mühüm sahəyə dövlətin  diqqət və qayğısı bərpa olundu, mövcud potensialdan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Ulu öndərin göstərişləri əsasında meliorasiyasu təsərrüfatında da islahatların həyata keçirilməsinə başlanıldı, onların normativ-hüquqi bazası yaradıldı. Bu məqsədlə 40-dan artıq normativ-hüquqi sənəd hazırlandı ki, bunlardan da ən mühümü 1996-cı ildə imzalanmış “Meliorasiyairriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunudur.

Ölkəmizdə meliorasiyasu təsərrüfatının inkişafına ümummilli liderimiz tərəfindən əsası qoyulmuş diqqət və qayğı hazırda onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Onun sahəyə diqqəti və yaxından köməkliyi sayəsində layihələrin bir çoxu başa çatdırılmış, bəzilərinin icrasına başlanılmışdır. Dövlət başçımız sahənin inkişafini daim diqqət mərkəzində saxlayır, meliorasiyasu təsərrüfatı obyektlərində tikinti işləri ilə tanış olur, obyektlərin təməlqoyma və istifadəyə verilməsi mərasimlərində  iştirak edir.

Dövlətimizin başçısının bu sahəyə diqqət və qayğısının nəticəsi olaraq son  illərdə sahəyə əsaslı kapital qoyuluşu 48 dəfəyə yaxın artmışdır. Bunun nəticəsində mövcud meliorasiyairriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış, sistem üzrə işçilərin əmək haqqı 9,3 dəfə artmış, sahənin maddi-texniki bazası gücləndirilmiş, 2000-dən artıq maşın və mexanizm alınmış, onların məhsuldarlığı 2001-ci illə müqayisədə 2 dəfəyə yaxın yüksəlmişdir. Eyni zamanda, 2565 kilometrlik suvarma kanallarının, 1719 kilometr uzunluğunda kollektor-drenaj  şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi işləri həyata keçirilmiş, 171,4 min hektar suvarılan torpaqların su təminatı və 178,2 min hektar sahədə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 30 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 1194 ədəd subartezian quyusu qazılmış, sel və daşqınlara qarşı dağ çaylarında 191,4 kilometrlik sahilbərkitmə işləri, Kür- Araz çaylarında isə 876 kilometr uzunluğunda bəndlərin bərpası və möhkəmləndirilməsi işləri yerinə yetirilmişdir.       Azərbaycan MeliorasiyaSu Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiyairriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirilmişdir. Hər il 11-12 min kilometr suvarma kanallarında, 3-3,5 min kilometr kollektor- drenaj şəbəkələrində 55- 60 milyon kubmetr həcmində lildən təmizləmə işləri aparılır.

Eyni zamanda, mühüm dövlət əhəmiyyətli su təsərrüfatı obyektlərində, Yuxarı Xanbulançay sol sahil magistral kanalındakı dükerdə, Əyriçay su anbarının beton üzlüklü bəndində, Viləşçay su anbarının irriqasiya suburaxıcı qurğusunda, Ağstafaçay sol sahil, Yeni Xanqızı, Baş Muğan, Tərtərçay sol sahil magistral kanallarında, Yuxarı Qarabağ kanalının Aşağı Portal baş qurğusunda və Kürəkçay səviyyə qaldırıcı qurğusunda, Yuxarı Şirvan kanalının Göyçay çayı dükerində, Cənubi Muğan və Şəmkir maşın kanalının qurğularında, Saatlı rayonunda Sabir və Aşağı Muğan kanallarında, Sabirabad rayonunda Gümüş kanalında, Qusar rayonunda Cağar-Cibir kanalının baş qurğusunda, Baş Mil-Muğan, K-1, K-2 və Sağ Sahil kollektorları üzərindəki 7 körpüdə, Neftçala, Salyan, Hacıqabul, Sabirabad, Kürdəmir və Ucar rayonlarında Muğan, SalyanBaş Şirvan kollektorlarına suvuran nasos stansiyalarında, Salyan rayonunda Baş Mil-Muğan kollektoru üzərindəki dükerdə, 52 ədəd tərpənməz və 19 ədəd üzən nasos stansiyalarında, 91 ədəd subartezian quyusunda, İsmayıllı, İmişli, Yevlax, Kürdəmir, Şamaxı, Füzuli və Xızı rayonlarının ərazilərindəki nov kanallarda, ayrı-ayrı rayonların qış otlaq sahələrində yerləşən boru kəmərlərdə, dağ çaylarında mövcud olan daş-beton mühafizə bəndlərində, suvarma kanallarında və bir sıra digər obyektlərdə əsaslı təmir, bərpa və yenidənqurma işləri həyata keçirilmişdir.

Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1361,4 min hektar sahədə orta hesabla 3,2 dəfə suvarılmışdır. Suvarma mənbələrindən 8,2 milyard kubmetr su götürülmüşsu istifadəçilərinə 5,8 milyard kubmetr su verilmişdir.  

Respublikanın 500 min hektar suvarılan sahələrindən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan kollektorunun tikintisi 2006-cı ildə başa çatdırılaraq Mil-Qarabağ kollektoru ilə birləşdirilmişdir.

Samur- Abşeron  suvarma  sisteminin  yenidən qurulması” layihəsi tərkibində 67,2 kilometr uzunluğunda Xanarx kanalının tikintisi İslam İnkişaf Bankının maliyyələşdirməsi ilə 2006-cı ildə başa çatdırılmışdır. Xanarx kanalının istifadəyə verilməsi ilə respublikanın şimal zonasında yerləşən Qusar, XaçmazŞabran rayonlarında 62,6 min hektar ərazidə sahələrin suvarma suyu ilə təminatı yaxşılaşdırılmışdır. Eyni zamanda, Dünya Bankının krediti ilə Samur çayı üzərində yerləşən baş suqəbuledici qurğunun bərpası, Samur çayı yaxınlığında baş  su durulducunun tikintisi, Samur-Abşeron kanalının ilk 50 kilometrlik hissəsinin və bu hissədə yerləşən uzunluğu 185,7 kilometr olan təsərrüfatlararası kanalların yenidən qurulması işləri 2007-ci ildə başa çatdırılmışdır.

İslam İnkişaf Bankının, Səudiyyə İnkişaf və OPEK Beynəlxalq İnkişaf  fondlarının kreditləri hesabına Samur-Abşeron kanalının 50-ci kilometrliyindən  suyun Taxtakörpü su anbarına verilməsi  məqsədilə  ümumi uzunluğu 31,77 kilometr, olan Vəlvələçay-Taxtakörpü kanalının tikintisinə 2008-ci ildə başlanılmışdır. Bu kredit hesabına kanalın 10,74 kilometr uzunluğunda birinci hissəsinin tikintisi 2011-ci ildə,  Dövlət Neft Fondunun vəsaiti hesabına isə kanalın 21,03 kilometrlik  2-ci  hissəsinin tikintisi  2013-cü ildə başa çatdırılmışdır.

Ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edən, ümumi sututumu 268,4 milyon kubmetr olan, Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilən Taxtakörpü su anbarının 25 MVt olan SES-lə birlikdə və ümumi uzunluğu 107,9 kilometr olan Taxtakörpü-Ceyranbatan kanalının tikintisi 2013-cü ildə başa çatdırılmışdır.

Möhtərəm Prezidentimiz İlham Əliyev 28 sentyabr 2013-cü il tarixində Taxtakörpü su anbarının SES-lə birlikdə və Taxtakörpü-Ceyranbatan kanalının açılış mərasimində respublikamızın iqtisadiyyatında, ölkənin su təhlükəsizliyinin təmin olunmasında Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisinin, bu istiqamətdə həyata keçirilən digər layihələrin əhəmiyyətini xüsusi olaraq qeyd etmişdir.

2014-cü ildə bütün dünyada, o cümlədən  respublikamızda baş vermiş quraqlığa baxmayaraq, Taxtakörpü su anbarından qış dövründə yığılan su hesabına  Ceyranbatan, su anbarına 224 milyon kubmetr su verilmişdir ki, bu da Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin, sənayesinin və kənd təsərrüfatının su ilə təminatının ödənilməsində mühüm rol oynamışdır.

Azərbaycan MeliorasiyaSu Təsərrüfatı ASC tərəfindən  Dövlət Neft Fondunun vəsaiti hesabına Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin son vacib mərhələlərindən olan şimal zonasının 6 çayından kanala əlavə su verilməsi məqsədilə cari ildə QusarçayCaqacuqçayda sugötürücü qurğuların və nəqledici kanalların tikintisi, Qudyalçayda isə nəqledici kanalın yenidən qurulması işlərinə başlanılmışdır. Eyni zamanda, Şabran, Siyəzən və Xızı rayonlarında 30 min hektara yaxın yeni suvarılacaq və 25 min hektara yaxın mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması üçün layihə sənədlərinin hazırlanmasına başlanılmışdır. Xızı rayonunda 9609  hektar yeni və 2970 hektar mövcud suvarılan torpaqlarda meliorativ tədbirlərin layihə sənədləri hazırlanaraq tikinti işlərinə başlanılmışdır. Siyəzən rayonu üzrə layihə sənədlərinin hazırlanması başa çatmaq üzrədir. Şabran rayonunda isə layihə axtarış işləri davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü il iyulun 22-də Xızı rayonuna səfəri çərçivəsində yeni inşa olunan Taxtakörpü-Ceyranbatan kanalından suyun rayonun yeni suvarılan torpaq sahələrinə verilməsi üçün suburaxıcı qurğunun təməlinin qoyulması mərasimində iştirak etmişdir.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan  işlərin başa çatdırılması ilə respublikanın şimal zonasında 150 min hektar suvarılan torpaqların su təminatının, Bakı, Sumqayıt şəhərlərində və Abşeron yarımadasında əhalinin, sənayenin və kənd təsərrüfatının içməli, texnikisuvarma suyuna olan tələbatının yaxşılaşdırılmasına, eləcə də 31 min hektar yeni suvarılan torpaqların kənd təsərrüfatı dövriyyəsinə verilməsinə, layihə ərazisində ekoloji vəziyyətin yaxşılaşdırılmasına, Taxtakörpü su anbarında inşa olunan su elektrik stansiyasında il ərzində 128 milyon kilovat saat enerjinin istehsal olunmasına və kanal üzərindəki mövcud SitalçayCeyranbatan nasos stansiyalarının ləğv edilməsi ilə ildə 13-15 milyon manatdan artıq elektrik enerjisinə qənaət edilməsinə imkan yaranacaqdır.

Tikintisinə 2009-cu ildə başlanılmış Şəmkirçay  üzərində ümumi sututumu  164,5 milyon kubmetr  olan Şəmkirçay su anbarının SES ilə birlikdə inşası  başa çatdırılmış və cənab Prezident İlham Əliyev onun 15 noyabr 2014-cü il tarixində keçirilmiş açılış mərasimində iştirak etmişdir. Layihənin həyata keçirilməsi ilə Şəmkir, Göygöl, SamuxGoranboy rayonlarının  54 min hektara yaxın mövcud suvarılan torpaqlarının su təminatının yaxşılaşdırılması və 17 min hektara yaxın yeni sahələrin istifadəyə verilməsi, eləcə də Gəncə və Şəmkir şəhərlərinin, Samux rayonunun Nəbiağalı qəsəbəsinin əhalisinin saniyədə 1,6 kubmetr içməli su ilə təmin edilməsi mümkün olacaqdır.

Dünya Bankının krediti ilə 140 min hektar suvarılan sahələrə xidmət edən Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağının, respublikanın 9 rayonunun və Naxçıvan MR-in (Babək və Şərur rayonları) 52 min hektara yaxın ərazisində suvarma- drenaj şəbəkələrinin təmir- bərpası işləri 2010-cu ildə başa çatdırılmışdır.  2011-ci ildən isə respublikanın daha 15 rayonunda 85 min hektar ərazidə SİB-lərin inkişafına dəstək məqsədi ilə təsərrüfatdaxili suvarma- drenaj şəbəkələrinin təmir- bərpasına başlanılmış və artıq 48948 hektar sahədə bu işlər tamamlanmışdır.

Dünya Bankının krediti hesabına ASC tərəfindən respublikanın 8 rayonunda (Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Masallı, Lerik, Yardımlı, Cəlilabad) içməli su təchizatı və kanalizasiya sistemləri  infrastrukturunun bərpası və tikintisi işləri hazırda uğurla davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə Azərbaycan MeliorasiyaSu Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılmış vəsait hesabına son 2 ildə respublikanın 33 rayonunun 320 yaşayış məntəqəsində əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 427 ədəd subartezian quyusu istifadəyə verilmişdir.

Ölkə əhalisinin daxili istehsal hesabına çörək və çörək məhsulları ilə təmin edilməsi məqsədilə iri taxılçılıq təsərrüfatlarının yaradılması barədə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırığın icrası olaraq 2012-ci ildə Yuxarı Mil kanalının 10,7 kilometrlik hissəsinin tikintisi ilə Beyləqan və Ağcabədi rayonları ərazilərində  4800 hektar, 2013-cü ildə  4,75 kilometrlik hissəsinin nasos stansiyası ilə birlikdə tikintisi, 2,3 kilometrlik hissəsinin yenidən qurulması ilə   Füzuli və Ağcabədi rayonlarının ərazilərində 4000 hektar sahədə, eyni zamanda, Hacıqabul  magistral kanalının  4,3 kilometrlik hissəsinin tikintisi ilə Hacıqabul rayonu ərazisində 1625  sahədə taxılçılıq təsərrüfatları yaradılmışdır. Cari ildə Sabirabad rayonunun (14397 hektar)    ona bitişik ərazidə Biləsuvar (1682 hektar)  rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması üçün beynəlxalq layihə şirkəti tərəfindən layihə sənədlərinin hazırlanmasına başlanılmışdır. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir.

“2011- 2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı Abşeron magistral kanalının 20 kilometrlik hissəsində yenidənqurma işləri aparılmış, Xəzər, Sabunçu, Suraxanı  Abşeron rayonlarının qəsəbə və  kəndlərinin 2917 hektar əkin və həyətyanı sahələrinin su təminatının yaxşılaşdırılması və 2146 hektar yeni suvarılan sahələrin istifadəyə verilməsi üçün nasos stansiyalarının, suyığıcı hovuzların və suvarma boru kəmərlərinin tikintisi və təmir-bərpa işləri yerinə yetirilmişdir.

Cari ildə “2014- 2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı Abşeron magistral kanalında yenidənqurma işləri davam etdirilir.

İşğal zonası ilə təmas xəttində və sərhəd ərazilərdə yerləşən Ağdam, Bərdə, Tərtər, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Ağstafa, Qazax, Samux, Göygöl və Şəmkir rayonlarının ərazilərində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 26,4 kilometr uzunluğunda suvarma şəbəkəsi və təzyiqli boru kəmərləri tikilmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi və yaxından köməyi ilə yaradılmış güclü potensiala malik meliorasiyasu təsərrüfatı kompleksi hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin xüsusi diqqəti nəticəsində daha da inkişaf etdirilir. Onun tərəfindən ölkə melioratorlarının əməyinə və sahənin roluna verilən yüksək qiymət bizi daha məsuliyyətlə işləməyə və daha böyük nailiyyətlər qazanmağa sövq edir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin respublikanın su təsərrüfatına göstərdiyi diqqət və qayğıya cavab olaraq, ASC-nin kollektivi mövcud meliorasiyairriqasiya sistemlərinin tikintisi, qorunub saxlanılması, lazımi səviyyədə istismarının həyata keçirilməsi, təmir-bərpa işlərinin təşkili sahəsində qarşıya qoyulmuş vəzifələri tam məsuliyyəti ilə dərk edərək onların vaxtında və layiqincə yerinə yetirilməsi üçün bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edəcəkdir.

 

Əhməd  ƏHMƏDZADƏ,

Azərbaycan MeliorasiyaSu Təsərrüfatı

Açıq Səhmdar Cəmiyyətinin sədri

 

Xalq qəzeti.- 2018.- 9 may.- S.4-5.