Azərbaycan Respublikası İpoteka Kredit Zəmanət Fondunun yaradılması fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 209                                                                                                                                                 

Bakı şəhəri, 8 may 2018-ci il

 

 

Azərbaycan Respublikası İpoteka Kredit Zəmanət Fondunun yaradılması fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanının 5.2-ci bəndinin icrasını təmin   etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 5, maddə 547; 2015, ¹ 8, maddə 974, ¹ 11, maddə 1417; 2016, ¹ 4, maddə 795, ¹ 5, maddə 955, ¹ 6, maddə 1192,  ¹ 9, maddə 1582, ¹ 11, maddə 1938, ¹ 12, maddə 2239; 2017, ¹ 3, maddələr 473, 509, ¹ 9, maddələr 1731, 1764; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 fevral tarixli 44 nömrəli qərarı) ilə təsdiq edilmişElektron hökumətportalına qoşulmalı olan informasiya sistemlərinin ehtiyatlarının Siyahısı”nın 42-ci hissəsindəAzərbaycan İpoteka FonduAçıq Səhmdar CəmiyyətisözləriAzərbaycan Respublikası İpoteka Kredit Zəmanət Fondusözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 31 avqust tarixli 323 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 8, maddə 1459; 2017, ¹ 11, maddə 2145) ilə təsdiq edilmişGüzəştli ipoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bənddəAzərbaycan İpoteka FonduAçıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Cəmiyyət)” sözləriAzərbaycan Respublikası İpoteka Kredit Zəmanət Fondunun (bundan sonra - Fond)” sözləri ilə əvəz edilsin;

2.2. mətn üzrə ismin müvafiq hallarındaCəmiyyətsözü ismin müvafiq hallarında “Fond” sözü ilə əvəz edilsin;

2.3. 2.4-cü, 2.5-ci 2.6-cı bəndlərdə ismin müvafiq hallarındaMüşahidə ŞurasısözləriHimayəçilik Şurasısözləri ilə əvəz edilsin;

2.4. 2.6-cı bənddən sonra aşağıdakı məzmundaQeydhissəsi əlavə edilsin:

Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası

Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmişİcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il

11 oktyabr tarixli 422 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 10, maddə 1887) ilə təsdiq edilmişNəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1-ci, 1.2-ci, 2.1-ci 2.3-cü bəndlərdəAzərbaycan İpoteka FonduAçıq Səhmdar CəmiyyətininsözləriAzərbaycan Respublikası İpoteka Kredit Zəmanət Fondununsözləri ilə əvəz edilsin;

3.2. 2.2-ci bənddəAzərbaycan İpoteka FonduAçıq Səhmdar Cəmiyyətinin Müşahidə ŞurasınınsözləriAzərbaycan Respublikası İpoteka Kredit Zəmanət Fondunun Himayəçilik Şurasınınsözləri ilə əvəz edilsin.

 

Novruz Məmmədov

Azərbaycan Respublikasının  Baş naziri

 

Xalq qəzeti.- 2018.- 12 may.- S.8.