“Mexaniki nəqliyyat vasitələrinin
və onların qoşqularının müəyyən
edilmiş qaydada dövlət qeydiyyatından
keçirilməsi və
dövlət qeydiyyatı
üzrə uçota
alınması haqqında
Əsasnamənin və
Nəqliyyat vasitəsinin
özgəninkiləşdirilməsi və girov qoyulması
qaydasının təsdiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1999-cu il 15 mart tarixli 39 nömrəli qərarında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 210
Bakı şəhəri,
8 may 2018-ci il
“Yol hərəkəti haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2017-ci il 15 dekabr tarixli 928-VQD nömrəli
Qanununun tətbiqi və “Yol hərəkəti
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 1 fevral tarixli 1805 nömrəli Fərmanının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1999-cu il 15
mart tarixli 39 nömrəli
qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 3, maddə
195; 2001, ¹ 10, maddə 663; 2003, ¹ 6, maddə 342; 2006, ¹ 5, maddələr
463, 472, ¹ 9, maddə 822, ¹ 10, maddə 902, ¹ 11, maddə
989; 2008, ¹ 2, maddələr 116, 125, ¹ 8, maddə 782; 2009, ¹ 6, maddə
491; 2010, ¹ 8, maddə 764; 2011, ¹ 5, maddə 454; 2012, ¹ 2, maddə
185, ¹ 5, maddə 486; 2013, ¹ 5, maddə 574, ¹ 6, maddə
747, ¹ 8, maddə 1001; 2014, ¹ 5, maddə 551, ¹ 8, maddə
1020, ¹ 12, maddə 1684; 2015, ¹ 4, maddələr 462, 468, ¹ 8, maddə
971; 2016, ¹ 2 (II kitab), maddə
385, ¹ 4, maddə 815; 2017, ¹ 4, maddə 620, ¹ 6, maddə
1246, ¹ 8, maddə 1628) ilə
təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının
müəyyən edilmiş
qaydada dövlət qeydiyyatından keçirilməsi
və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”də
aşağıdakı dəyişikliklər
edilsin:
1.
1.3-cü bəndin birinci
abzasına “rüsumların”
sözündən sonra
“, yol hərəkəti
və yol hərəkəti təhlükəsizliyinin
təmin edilməsi qaydaları əleyhinə
olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin”
sözləri əlavə
edilsin.
2.
1.9-cü bəndə “dövlət
rüsumu” sözlərindən
sonra “, habelə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində
qanuni qüvvəyə
minmiş və icrası təxirə salınmamış və
ya icrasına möhlət verilməmiş
yol hərəkəti
və yol hərəkəti təhlükəsizliyinin
təmin edilməsi qaydaları əleyhinə
olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə” sözləri
əlavə edilsin.
3.
2.6-cı bəndin birinci
abzasının birinci
cümləsinə “müvafiq
sənədlər verildiyi”
sözlərindən sonra
“, onun barəsində
qanuni qüvvəyə
minmiş və icrası təxirə salınmamış və
ya icrasına möhlət verilməmiş
yol hərəkəti
və yol hərəkəti təhlükəsizliyinin
təmin edilməsi qaydaları əleyhinə
olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi”
sözləri əlavə
edilsin.
4.
2.6-cı bəndin üçüncü
və dördüncü
abzasları müvafiq
olaraq dördüncü
və beşinci abzaslar hesab edilsin və həmin bəndə aşağıdakı məzmunda
üçüncü abzas
əlavə edilsin:
“Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1-57.4-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırılması mümkün olmayan yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması təmin edilməlidir.”.
5. 2.8-3-cü bəndin birinci cümləsinə “həvalə etdiyi şəxsin” sözlərindən sonra “(nəqliyyat vasitəsinin sürücüsünün)” sözləri əlavə edilsin.
Novruz Məmmədov
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2018.- 12
may.- S.8.