Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1999-cu il 15
mart tarixli 40 nömrəli
qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə
və onların qoşqularına dövlət
texniki baxışının
keçirilməsi qaydaları
haqqında Nümunəvi
Əsasnamə”də dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 211
Bakı şəhəri,
8 may 2018-ci il
“Yol hərəkəti
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2017-ci il 15 dekabr tarixli 928-VQD nömrəli Qanununun tətbiqi və
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 1 fevral tarixli 1805 nömrəli
Fərmanının 1.2-ci bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli
qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 3, maddə 196; 2001, ¹ 10, maddə 663; 2003, ¹ 6, maddə
342; 2005, ¹ 4, maddə 386; 2006, ¹ 5, maddə 463, ¹ 9, maddə 822;
2008, ¹ 2, maddə 125, ¹ 8, maddə 782; 2011, ¹ 5, maddə 455;
2012, ¹ 5, maddə 487, ¹ 7, maddə 776, ¹ 9, maddə 921; 2013, ¹ 6,
maddə 575, ¹ 8, maddə 1021, ¹ 11, maddə 1462; 2015, ¹ 4, maddələr
463, 467; 2016, ¹ 2 (II kitab), maddə 386, ¹ 4, maddə 810; 2017, ¹ 4,
maddələr 620, 646) ilə təsdiq edilmiş “Nəqliyyat
vasitələrinə və onların qoşqularına
dövlət texniki baxışının keçirilməsi
qaydaları haqqında Nümunəvi Əsasnamə”də
aşağıdakı dəyişikliklər edilsin:
1.
1.6-cı bəndə “dövlət rüsumu” sözlərindən
sonra “, habelə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam
vermək hüququ olan digər şəxs barəsində
qanuni qüvvəyə minmiş və icrası təxirə
salınmamış və ya icrasına möhlət verilməmiş
yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin
təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta
haqqında iş üzrə tətbiq edilən cərimə”
sözləri əlavə edilsin.
2.
Aşağıdakı məzmunda 2.5-ci bənd əlavə
edilsin:
“2.5. Nəqliyyat
vasitəsinə texniki baxışın keçirilməsi
zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
57.1-57.4-cü və 97.4-cü maddələrində nəzərdə
tutulmuş qaydada çatdırılması mümkün
olmayan yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin
təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar
haqqında işlər üzrə sənədlərin
çatdırılması təmin edilməlidir.”.
3. 4.1-ci bəndə
“keçirilməsi” sözündən sonra “həmin nəqliyyat
vasitəsinin sahibi və ya sərəncam vermək hüququ
olan digər şəxs barəsində qanuni qüvvəyə
minmiş və icrası təxirə salınmamış və
ya icrasına möhlət verilməmiş yol hərəkəti
və yol hərəkəti təhlükəsizliyinin təmin
edilməsi qaydaları əleyhinə olan inzibati xəta
haqqında iş üzrə tətbiq edilən cərimə
ödənildikdən sonra” sözləri əlavə edilsin.
Novruz Məmmədov
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2018.- 13
may.- S.5.