“Notariat hərəkətlərinin aparılması
qaydaları haqqında
Təlimatın təsdiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
№ 214
Bakı şəhəri,
8 may 2018-ci il
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2017-ci il
15 dekabr tarixli 928-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 1 fevral tarixli 1805 nömrəli Fərmanının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, № 9, maddə 693; 2001, № 11, maddə 722; 2002, № 3, maddə
148, № 7, maddə 455, № 10, maddə
635; 2003, № 10, maddə 629; 2005, № 4, maddə 386, № 6, maddə
534, № 8, maddə 782, № 10, maddə
977, № 11, maddə 1061, № 12, maddələr
1228,1231; 2006, № 3, maddə 297, № 8, maddə 731, № 9, maddə
830, № 10, maddə 902, № 11, maddə
994; 2008, № 2, maddə 108, № 4, maddə 316, № 8, maddə
787; 2009, № 2, maddə 148, № 10, maddələr 846, 849, № 12, maddə
1079; 2010, № 6, maddə 555; 2011, № 10, maddə 971; 2012, № 3, maddə
263, № 5, maddələr 489, 495, № 7, maddə
777, № 11, maddə 1206, № 12, maddə
1354; 2013, № 4, maddə 444, № 5, maddə 578; 2014, № 1, maddə
74, № 5, maddələr 552, 589, № 6, maddə 746, № 8, maddə
1019, № 12, maddə 1685; 2015, № 12, maddə 1580; 2016, № 3, maddə
611, № 4, maddələr 777, 814, № 6, maddə 1226, № 8, maddə
1449, № 11, maddə 1937; 2017, № 1, maddə 135, № 3, maddə
493, № 6, maddə 1245, № 7, maddə
1491, № 9, maddə 1721, № 10, maddə
1883, № 12, maddə 2545; Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 12 fevral tarixli 43 nömrəli və 28 mart
tarixli 118 nömrəli
qərarları) ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasında
notariat hərəkətlərinin
aparılması qaydaları
haqqında Təlimat”ın
7-ci hissəsinin on üçüncü
abzasına “həvalə
etdiyi şəxs” sözlərindən sonra
“(nəqliyyat vasitəsinin
sürücüsü)” sözləri
əlavə edilsin.
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2018.-
13 may.- S.5.