Azərbaycan  İpoteka  Fondu  Açıq  Səhmdar  Cəmiyyətinin vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən  güzəştli ipoteka  krediti  üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nın təsdiq edilməsi barədəAzərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2016-cı  il 16 noyabr tarixli 464 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 216  

Bakı şəhəri, 14 may 2018-ci il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan İpoteka FonduAçıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nın təsdiq edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 464 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 11, maddə 1952) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında ikinci abzasındaAzərbaycan İpoteka FonduAçıq Səhmdar CəmiyyətininsözləriAzərbaycan Respublikası İpoteka Kredit Zəmanət Fondununsözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmişAzərbaycan İpoteka FonduAçıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydasıüzrə:

2.1.  adında 2.2-ci bəndindəAzərbaycan İpoteka FonduAçıq Səhmdar CəmiyyətininsözləriAzərbaycan Respublikası İpoteka Kredit Zəmanət Fondununsözləri ilə əvəz edilsin;

2.2.  1.1-ci bənddəAzərbaycan İpoteka FonduAçıq Səhmdar Cəmiyyətinin (bundan sonraCəmiyyət)” sözləriAzərbaycan Respublikası İpoteka Kredit Zəmanət Fondu (bundan sonra - Fond)” sözləri ilə əvəz edilsin;

2.3. 2.1.2-ci yarımbənddəCəmiyyətsözü “Fond” sözü ilə əvəz edilsin;

2.4. 2.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.1.3. aylıq məcmu gəlir - borcalanın (borcalanların) yalnız sabit sənədlə təsdiq edilən bütün növ gəlirlərinin ortaaylıq məbləğinin məcmusu.”;

2.5.  4.5-ci bəndin ikinci cümləsində “24 (iyirmi dörd) ay” sözləri “12 (on iki) ay” sözləri ilə, üçüncü cümləsində isə “40 faizindənsözləri “70 faizindənsözləri ilə əvəz edilsin;

2.6.  4.13-cü bənd aşağıdakı redaksiyada verilsin:

“4.13. Borcalanın (borcalanların) ortaaylıq gəliri aşağıdakı qaydada hesablanır:

4.13.1. borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə;

4.13.2. borcalanın (borcalanların) muzdlu işlə əlaqədar və cari transfertlər üzrə gəlirlərinin formalaşma müddəti borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 (on iki) aydan az olduğu hallarda (6 (altı) aydan az olmamaqla), ümumi gəlirlərinin faktiki ayların sayına bölünməsi yolu ilə.”.

 

Novruz Məmmədov

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2018.- 15 may.- S.2.